65 Milyon il əvvəl dinozavrlar dövrünə son qoyan meteorit toqquşması

Hər il Yerin atmosferinə daxil olan 10.000 tondan çox meteorit atmosferdə sürtünmə nəticəsində bizim xəbərimiz belə olmadan məhv olur. Ancaq atmosferə sürtünmə ilə məhv olmayan böyük meteoritlər də daxil olur. Məsələn, Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit dinozavr dövrünə son qoymuşdur.

Bu toqquşma ekoloji sistemdə köklü dəyişikliyə səbəb olmuşdur. Toqquşma nəticəsində əvvəlcə böyük sahə məhv olmuşdur. Toqquşmanın ardınca vulkanik partlayışlar, dünyanın hər yerində zəlzələlər, sunamilər, güclü fırtınalar, yanğınlar baş vermiş, turşulu yağışlar yağmışdır. Oxumağa davam et

Əsl Dost Qullarının Xoşbəxtliyini İstəyən ALLAHDIR

Qulları üçün dünya həyatını imtahan mühiti kimi yaradan Allah onlara saysız-hesabsız nemətlər bəxş etmişdir. Ehtiyacı olan və ya sevdiyi hər cür şərait hələ insan mövcud olmadan əvvəl onun üçün hazırlanmışdır. Nəfəs alacağı təmiz hava, göy üzündə uçan bir-birindən gözəl quşlar, çiçəklər, tayı-bərabəri olmayan nemətlər, sevdiyi insanlar, sevimli, gözəl heyvanlar, qüsursuz müvazinət sistemi və başqa bir çox şeyi Allah onun üçün yaratmışdır.

İnsan dünyaya gəldikdə ehtiyacı olan hər şeyi hazır tapır. Rahatlığı təmin olunmuşdur. Meyvələr, yeməklər, bütün dünya içindəki hər təfərrüatı ilə insanın həyat tərzinə uyğundur. İnsan isə bunları əldə etmək üçün demək olar ki, heç bir səy göstərmir. Mükəmməl müvazinət və nizamla qarşı-qarşıyadır. Bütün bunları ən incə təfərrüatına qədər onun üçün Rəbbimiz yaratmışdır. Oxumağa davam et

Quran Əxlaqına Əsasən, Səhvlərə Anlayışla Yanaşmaq Lazımdır

Qəsdən edilməyən səhvə qəzəblənmək nə üçün doğru deyil?

Qəsdən edilməyən səhvlərə anlayışla yanaşmaq üçün hansı məsələlərə diqqət edilməlidir?

Bir insan istəmədən ətrafına ziyan vuran hadisələrə səbəb olursa, nə etmək lazımdır?

Əksər insanlar ətraflarındakı insanlarda bir səhv və ya qüsur gördükdə reflektiv olaraq əvvəlcə qəzəblənməyə meyilli olurlar. Belə hallarda əvvəlcə məsələni araşdırmaq əvəzinə heç soruşmadan qarşı tərəfi haqsız çıxarırlar. Hələ uşaq yaşlarında belə bir insan istəmədən boşqab və ya stəkan sındırdıqda böyüklər təqsiri dərhal uşaqda görüb ona acıqlanırlar. Böyük insan səhv etdikdə isə ona qəzəblənməkdə özlərini haqlı hesab edirlər. Oxumağa davam et

Satanizmin Pərdə Arxası

Son bir neçə ildə bir-biri ardınca baş verən bəzi qəribə satanizm (şeytana tapınma) hadisələri, cəmiyyətin və medianın diqqətini bu mövzuya yönəltdi. Şeytana ibadət etmək üçün təşkil edilən qanlı ayinlər, işgəncə ilə öldürülən küçə pişikləri, təcavüz hadisələri, intihar edən gənclər… Bütün bunlar inanılmaz kimi görünsə də, satanizmin getdikcə yayılan bir təhlükə (və cinnət) olduğunu ortaya qoyur.

Necə olur ki, bir qisim insanlar pis insan olmağı, pislik etməyi, heyvanlara və ya insanlara işgəncə verməyi, qaranlıq və qorxu dolu bir dünyada yaşamağı özlərinə məqsəd seçirlər və “din” olaraq mənimsəyə bilirlər? Bir çox insan bu problemin cavabını axtarır, ancaq cavabı yanlış yerlərdə axtarırlar. Satanizmin necə inkişaf etdiyini və insanları necə özünə çəkdiyini anlamaq üçün bu qaranlıq dinin ardındakı fəlsəfəni araşdırmaq lazımdır. Çünki satanizmin mənbəyi yalnız bəzi ağılsız gənclərin psixoloji problemlərində deyil, onları buna aparan fəlsəfədədir. Oxumağa davam et

İki yol, iki məqsəd: itaət, yoxsa üsyan?

İki yol, iki məqsəd: itaət, yoxsa üsyan?

Sədaqətin ən bariz nümunəsi itaətdir. İtaət Quran ayələri ilə əmr edilən vacib ibadətlərdən biridir. Ayələrdə bildirildiyi kimi, bu ibadət həm Allahın rəhmət və mərhəmətinin, həm Cənnətin, həm də inkarçılara qarşı qazanılacaq müvəffəqiyyətin açarıdır.

Unutmaq olmaz ki, itaətə əsaslanan və insana Allahın razılığını, rəhmətini və Cənnətini qazandıran iman yolu tərk edildikdə eqoist həvəsə əsaslanan, dünyada xor və alçaq, axirətdə isə Cəhənnəmlə nəticələnən üsyan yolu seçilmiş olar. Oxumağa davam et

Yaşlılığın Düşündürdükləri

Allah diləsəydi, insanı ölənə qədər gənc yaşadar, bədənində heç bir nöqsan, ya da xəstəlik yaratmazdı. Amma Allah müəyyən yaşdan sonra insanda bəzi fiziki nöqsanlar yaradaraq, ona bu dünyanın keçiciliyini bir daha xatırladır.

Zamanın təsiri hər şeydə özünü göstərir. Ən son model avtomobil bir neçə il ərzində köhnəlir. Çox bəyənilən bir evin 5-10 il sonra (əgər təmir edilməsə) boyaları tökülür, köhnə görünüşlü bir yerə çevrilir. Ancaq bununla bərabər, ən böyük köhnəlmə insanın bədənində baş verir. Ötən illərlə birlikdə insanın çox dəyər verdiyi bədəni geri dönülməz bir şəkildə zərər görür. Oxumağa davam et

Allahın Əmr və Qadağalarını Gözardı Etməmək

Bir çox cəmiyyətdə məşhur olan yanlış din anlayışı var. Bu anlayışa görə, bəzi üstün sayılan hökmlərə laqeyd yanaşqdıqda vicdani narahatlıq hiss edilir, ancaq Quranda əmr olunduğu halda, digər əmr və qadağalara laqeyd yanaşdıqda heç bir narahatlıq hiss edilmir.

Hal-hazırda insanların bir çoxu Quran ayələrinin bir qismini yerinə yetirərkən bir hissəsini gözardı edirlər. Çox vaxt da bu ibadətləri ictimai dəyər mühakimələri səbəbindən yerinə yetirmirlər. Oxumağa davam et

Susamasaydınız, nə baş verərdi?

Allah bütün ehtiyaclarımızı mükəmməl sistemlə var etmişdir. Bu səhifədə oxuyacağınız iki nümunə bunun ən gözəl dəlillərindəndir…

İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)

İnsan qidalanmadan 1-2 həftə yaşaya bilər, su içmədən isə 3-4 gündən çox yaşaya bilməz. İnsan bədəninin 75%-i sudan ibarətdir. Tərləmə və tənəffüs vasitəsilə insan gündə 2-3 litr su itirir. İtirilən su susadıqdan sonra içilən su ilə kompensasiya edilir. Oxumağa davam et

Quran Əxlaqında Müsəlman Kişi Xarakteri

Hal-hazırda insanlar, xüsusilə də gənclər bir çox insanı özlərinə nümunə götürür, onların danışıqlarını, üslublarını, geyim tərzlərini təqlid edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların arasında gözəl əxlaqa sahib olmayanlar da var və onları təqlid edən gənclərdə də eyni rəftarlar nəzərə çarpır.

Quran əxlaqının geniş şəkildə yaşanmadığı bir cəmiyyətdə insanların xarakterini müəyyən edən başqa amillər var. Buna bir nümunə olaraq “kişi dediyin…” sözü ilə başlayan anlayışı göstərə bilərik. Bu məntiqə görə, kişi xarakterinin ilk prinsipi daim üstün olmaqdır. Bu anlayışa sahib olan cəmiyyətdəki digər amillər də kişinin üstün olduğunu dəstəkləyir. Oxumağa davam et

Parkinson Xəstəliyi

XX əsrin əvvəllərindən dünya əhalisinin 4%-ni 60 yaş və daha yaşlı insanlar təşkil edir. Əsrimizdə bu nisbətin 17%-ə qədər yüksələcəyi təxmin edilir. Hal-hazırda insan ömrünün uzanması ilə paralel olaraq yaşlı insanlara xas olan xəstəliklər  – neyrodegenerativ xəstəliklərdə, yəni beyinin spesifik bölgələrindəki neyronların itirilməsi ilə xarakterizə olunan bir qrup patologiyalarda artım müşahidə edilir.

Bu xəstəliklərin ən mühümünə – parkinson xəstəliyinə qısaca nəzər salaq: Oxumağa davam et

Həyatınızı Nəyə Əsasən Yönləndirirsiniz?

Bəzi insanlar həyatlarını özlərinin qoyduğu qaydalar istiqamətində yaşayırlar. Bu insanlar nəfslərinin istəklərinə görə qoyduqları qaydalardan asanlıqla imtina edə bilirlər. Bu insanların həyatlarına istiqamət verən, mütləq doğru olduğuna inandıqları bir yol göstəriciləri yoxdur. Buna görə, şəxsiyyətləri tez-tez dəyişir. Davranışlarında müəyyən sabitlikdən bəhs etmək mümkün deyil. Belə insanların rəftarlarındakı dəyişkənliyi təyin edən güc – nəfsləridir. Oxumağa davam et

Həyatın Gerçək Mənşəyi: Yaradılış

Biologiya ilə maraqlanan və canlıların Yer kürəsində necə meydana gəldiyini düşünənlər XX əsrdə təkamül sözünü bəlkə də hər şeydən daha çox eşitmişdir. Amma XXI əsrdə bu sözün yerini başqa söz tutacaq: yaradılış.

Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətlə olmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu. Oxumağa davam et