Göylərdəki Nizam


“…Elə isə maddənin arxasında başqa bir şey olmalıdır, müəyyən yolla ona nəzarət edən bir şey. Eləcə də, bu, demək olar ki, bir Yaradıcının varlığının riyazi sübutudur”. Amerikalı elmi yazıçı Qay Merçi 44

1054-cü ilin 4 iyul gecəsi Çin imperiyasının astronomları səmada çox diqqətçəkici bir hadisənin baş verdiyini müşahidə etdilər. Səmadakı Buğa bürcünün yaxınlığında birdən çox parlaq bir ulduz ortaya çıxdı. Ulduz o qədər parlaqdı ki, işığı gündüzlər belə asanlıqla görünür, gecələr isə demək olar ki, Aydan daha parlaq görünürdü.

Çinli astronomların gördükləri və qeyd etdikləri bu hadisə, əslində, kainatdakı ən qəribə astronomik formasiyalardan biri di. Bu “ifrat yeni ulduz partlayışı” idi.

İfrat yeni ulduz partlayışı məfhumu astronomlar tərəfindən bir ulduzun partlayaraq dağılmasını adlandırmaq üçün işlədilər. Nəhəng bir ulduz qorxunc partlayışla özünü yox edər və içindəki maddə də yenə qorxunc sürətlə hər tərəfə yayılar. Bu partlayış vaxtı yayılan işıq ulduzun yaydığı normal işıqdan minlərlə qat daha güclüdür.

Astronomlar ifrat yeni ulduz partlayışlarının kainatın yaranmasında çox mühüm rol oynadıqlarını düşünürlər. Bu partlayışlar astronomların təxmininə görə, maddənin kainatda bir nöqtədən başqa nöqtələrə daşınması üçün faydalıdır. Partlayış nəticəsində dağılan ulduz artıqlarının kainatın başqa yerlərində toplanaraq yenidən ulduzlar və ya ulduz sistemləri meydana gətirdiyi fərz edilir. Bu fərziyyəyə görə, Günəş, Günəş sistemindəki planetlər və planetimiz də, çox qədim zamanlarda baş vermiş ifrat yeni ulduz partlayışı nəticəsində meydana gəlmişdir.

Lakin işin qəribə tərəfi, ilk baxışda bəsit bir partlayış kimi görünə biləcək ifrat yeni ulduzların partlayışının, əslində, bəzi çox həssas tarazlıqlar üzərinə qurulmuş olmasıdır. Maykl Denton “Təbiətin taleyi” adlı kitabında belə yazır:“İfrat yeni ulduzlar və əslində, bütün ulduzlar arasındakı məsafələr çox kritik məsələdir. Qalaktikamızdakı ulduzların bir-birlərinə olan məsafəsi orta hesabla 30 milyon mildir. Əgər bu məsafə bir qədər daha az olsaydı planetlərin orbitləri qeyri-sabit olardı. Əgər bir qədər daha çox olsaydı, müəyyən ifrat yeni ulduz partlayışı tərəfindən dağıdılan maddə o qədər dağınıq hala gələcəkdi ki, bizimkinə oxşar planet sistemləri böyük ehtimalla əsla meydana gələ bilməyəcəkdi. Əgər kainat həyat üçün uyğun bir məkan olacaqsa ifrat yeni ulduz partlayışları çox xüsusi nisbətdə baş verməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı uzaqlıq, çox xüsusi bir məsafə olmalıdır. Bu uzaqlıq, onsuz da indinin özündə mövcud olan uzaqlıqdır”.45

İfrat yeni ulduz partlayışlarının sayı və ulduzların məsafələri, əslində, kainatın sahib olduğu böyük nizamın çox kiçik iki təfərrüatıdır. Kainatı bir qədər daha təfərrüatlı şəkildə araşdırdığımızda isə qarşılaşdığımız nizam fövqəladədir.

Boşluqlar Niyə Var?

Süpernova patlamaları, uzaydaki maddeye hareketlilik kazandırırlar. İlginç olan nokta, evrendeki mesafelerin tam da bu patlamaların tehlikesini dengeleyecek şekilde belirlenmiş oluşudur.

Əvvəlki başlıqlarda araşdırdıqlarımızı qısa şəkildə xatırlayaq: böyük partlayışdan sonra yaranan kainat əvvəlcə yalnız hidrogen və heliumdan ibarət bir qaz yığını olmuş, sonra isə bu qaz yığını xüsusi olaraq yaradıldığı aydın olan nüvə reaksiyalarıyla daha ağır elementləri meydana gətirmişdir. Lakin kainatın həyat üçün uyğun bir yerə çevrilməsi, təkcə ağır elementlərin olmasıyla mümkün olmaz. Bundan da əhəmiyyətlisi kainatın hansı yolla müəyyən forma və nizam almasıdır.

Bu araşdırmaya əvvəlcə kainatın nə qədər böyük olduğuna nəzər salmaqla başlayaq.

Bildiyimiz kimi, yer kürəsi Günəş sisteminin bir hissəsidir. Bu sistem, kainatdakı digər ulduzlarla müqayisədə orta böyüklükdəki bir ulduz olan Günəşin ətrafında fırlanan səkkiz planetdən və onların 172 peykindən ibarətdir. Yer kürəsi, Günəş sistemində Günəşə ən yaxın olan üçüncü planetdir.

Əvvəlcə bu sistemin böyüklüyünü qavramağa çalışaq. Günəşin diametri Yerin diametrindən 103 dəfə çoxdur. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12,200 km. olan yer kürəsini bir muncuq böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol toplarının iki misli böyüklükdə olan yumru bir kürə halına gəlir. Lakin əsil maraqlı şey aradakı məsafədir. Həqiqətlərə uyğun bir model yaratmaq üçün muncuq böyüklüyündəki yer kürəsi ilə top böyüklüyündəki Günəş arasındakı məsafəni təxminən 280 metr etməliyik. Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara aparmalı olarıq.

Şüphesiz Biz dünya göğünü ‘çekici bir süsle’, yıldızlarla süsleyip-donattık.
(Saffat Suresi, 6)

Lakin bu qədər nəhəng ölçüyə sahib olan Günəş sistemi yerləşdiyi Süd Yolu qalaktikası ilə müqayisədə olduqca kiçikdir. Çünki Süd Yolu qalaktikasında Günəş kimi və əksəriyyəti ondan daha böyük olmaqla təxminən 250 milyard ulduz var. Bu ulduzlar arasında Günəşə ən yaxın olanı Alfa Sentavrdır. Əgər Alfa Sentavrı bir qədər əvvəl qeyd etdiyimiz miqyasda, yəni yer kürəsinin muncuq böyüklüyündə olduğu və Günəşlə Yer kürəsi arasındakı məsafənin 280 metr olduğu miqyasda təsəvvür etsək onu Günəşdən 78 min kilometr uzaqlığa yerləşdirmək lazımdır!

Modeli bir qədər daha kiçildək. Yer kürəsini gözlə çətin görülən bir toz zərrəciyi halına gətirək. O zaman Günəş fındıq böyüklüyündə olacaq və Yer kürəsinə üç metr məsafədə yerləşəcək. Bu ölçü çərçivəsində Alfa Sentavrı isə Günəşdən 640 kilometr uzaqlığa yerləşdirmək lazımdır.

Süd Yolu qalaktikasında, məhz aralarında bu qədər fövqəladə məsafələr olan 250 milyard ulduz var. Spiral formasındakı bu qalaktikanın qollarının birində bizim Günəşimiz yerləşir.

Lakin maraqlısı, Süd Yolu qalaktikasının kosmosla müqayisədə çox “kiçik” olmasıdır. Çünki kosmosda başqa qalaktikalar da var, həm də təxminlərə görə, 300 milyard qədər!.. Bu qalaktikalar arasındakı boşluqlar isə Günəş ilə Alfa Sentavr arasındakı boşluğun milyonlarla misli qədərdir.

Corc Qrinşteyn bu ağlasığmaz böyüklüklə bağlı “Simbioz kainat” adlı kitabında bunları qeyd edir:“Əgər ulduzlar bir-birlərinə bir qədər daha yaxın olsalar astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, dumanlıqlarda (nebula) və digər göy cisimlərində davam edən əsas fiziki proseslərdə heç bir dəyişiklik baş verməzdi. Uzaq bir nöqtədən baxdıqda qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq gecə çəmən üzərində uzanıb seyr etdiyim səmada olduqca çox sayda ulduz olması olardı. Lakin üzr istəyirəm, bəli, bir fərq daha olardı: bu mənzərəni seyr edən “mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın ilkin şərtidir”.46

Qrinşteyn bunun səbəbini də açıqlayır: kosmosdakı böyük boşluqlar, bəzi fiziki dəyişənlərin tam insan həyatına uyğun şəkil almasını təmin edir. Həmçinin Yer kürəsinin kosmos boşluğunda hərəkət edən nəhəng göy cisimləri ilə toqquşmasına mane olan ünsür də, kainatdakı göy cisimlərinin arasında bu cür böyük boşluqlardan çox olmasıdır.

Bir sözlə, kainatdakı göy cisimlərinin düzülüşü insanın həyatı üçün tam olması lazım gələn quruluşdadır. Nəhəng boşluqlar məqsədsiz surətdə meydana çıxmamışdır, belə ki, onlar, məqsədli bir yaradılışın nəticəsidirlər.

44.Guy Murchie, The Seven Mysteries of Life, Boston: The Houghton Mifflin Company, 1978, səh. 598

45.Michael Denton, Nature’s Destiny, səh. 11

46. George Greenstein, The Symbiotic Universe, səh. 21

Bir şərh yazın