Radikalizm zəncirləri altında əzilən qadın

Hazırda MENA bölgəsi (Middle East and North Africa – Yaxın Şərq və Şimali Afrika) başda olmaqla, müsəlman aləminin böyük hissəsində Quranın mahiyyətindən, əsas qaydalarından uzaq olan din anlayışı hökm sürür. Bu, Quranda izah edilən dindən çox fərqli, hətta bir çox cəhətdən Quranla ziddiyyət təşkil edən bir anlayışdır. “İslam” adlandırılan bu din, əslində, insanlar tərəfindən uydurulmuş batil xurafatlardan ibarətdir.
 
Allah ayələrdə möminlərin yalnız Qurandan məsul olduqlarını açıq şəkildə bildirir və dində Qurandan başqa mənbəni əsas götürənləri xəbərdar edir. (Qaləm surəsi, 36-37), (Zuxruf surəsi, 44) İçində heç bir ziddiyyətli, ixtilaflı və mübahisəli mövzu olmayan yeganə din Qurana əsaslanan İslamdır. Xurafatlar isə öz daxilində, demək olar ki, hər mövzuda ixtilaflı məzhəb və qruplara ayrılmış, yüzlərlə fərqli din ortaya çıxarmışdır. (Ənam surəsi, 159) Xurafat dinini müdafiə edən və yaşayanlar Allahın Quranda bildirdiyi dinə tabe olmağa qarşı çıxırlar. Yüzlərlə ildir ki, araşdırmadan, düşünmədən, mühakimə etmədən atalarından təvhil aldıqları dinə kor-koranə və inadla tabe olurlar. (Bəqərə surəsi, 170)

Oxumağa davam et