Futbolla kütlələri əldə etmək

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2016-10-14 20:36:34Z |  | ÿºÊÙÿÈÖãÿ»ÈÖÿ3Ô´PÈ

Futbol ingilis fəhlələrinin məhəllə aralarında oynadığı əyləncəli oyun olaraq başladı. Bu oyunun beynəlxalq səviyyədə mübarizə və rəqabətə çevrilməsi, həqiqətən, maraqlı və araşdırılmağa dəyər bir proses oldu. Ölkələrin milli komandalar nəzdində təmsil edilməsi bəzən futbolu siyasiləşdirdi, dostluq oyunları bəzən ölkələr arasındakı münasibətləri bərpa etdi, futbol adından edilən jestlər bir çox kütlənin dostluğu üçün ilk addım oldu. Futbol komandaları, ölkələri üçün nümunə, futbolçular isə cəmiyyət üçün nümunə təşkil etmək missiyasını öz üzərinə götürdü. Bu səbəbdən centilmenlik bu sektorda güzəştə gedilməyən jest oldu. Oxumağa davam et

Peyğəmbərlərin Sahib Olduğu Yüksək İmanda Qorxaqlıq, Təlaşa Qapılmaq, Kədərlənmək, Küsmək, Hirslənmək Kimi Vəziyyətlər Yoxdur

Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır! (Hucurat surəsi, 15)

Ayədə bildirildiyi kimi, “heç bir şəkk-şübhəyə düşmədən iman etmək” həqiqi imanın təməl əsaslarından biridir. Müsəlman Allahın varlığına qəti olaraq inandığı kimi, imanında heç vaxt tərəddüdə düşməz, Allahın hər an onu gördüyü və eşitdiyinin şüurunda davranar, həyatı boyunca Allahın əmr və tövsiyələrinə əməl edər, Onun əmr etdiyi gözəl əxlaqı qeydsiz-şərtsiz tətbiq edər. Digər yandan axirətin varlığından elə əmindir ki, hər an ölümlə qarşılaşacaqmış və hesaba çəkiləcəkmiş kimi yaşayar. Bu iman, Allahın Quranda bütün müsəlmanlara əmr etdiyi iman şəklidir. Oxumağa davam et