İnsan Bədəni Mütənasib Şəkildə Necə Böyüyür?


images

Minlərlə kimyəvi və fiziki hadisə bədəninizin dərinliklərində insanın məlumatı və iradəsi xaricində reallaşır. Məsələn, insan boyunun uzunluğu, orqanlarının böyüklüyü ilə bağlı qərar verə bilməz. Bunları hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu yerinə yetirir. Böyümə prosesi iki fərqli şəkildə reallaşır. Bəzi hüceyrələr həcmlərini artırırlar, bəzi hüceyrələr də bölünərək çoxalırlar. Böyümə hormonu bütün bədən hüceyrələrinə təsir edir. Hər hüceyrə hipofiz vəzindən özünə gələn mesajın mənasını bilir. Əgər böyüməsi lazımdırsa, böyüyür, bölünərək çoxalması lazımdırsa, çoxalır. Məsələn, yeni anadan olmuş körpənin ürəyi yetkin insanın ürəyinin təxminən 16-da biri (1/16) qədərdir. Buna baxmayaraq, bütün hüceyrələrin sayı yetkin insanın ürəyindəkilərlə eynidir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə tək-tək təsir edir. Hər hüceyrə böyümə hormonunun özünə əmr etdiyi qədər inkişaf edir. Beləcə, ürək böyüyərək yetkin bir insan ürəyi halına gəlir.

Bədəndə olan digər hüceyrələr (məsələn, əzələ və sümük hüceyrələri) inkişaf dövrü zamanı bölünərək çoxalırlar. Bu hüceyrələrə nə qədər bölünmələri lazım olduğunu bildirən yenə böyümə hormonudur. Bu, olduqca möcüzəvi prosesdir. Çünki hipofiz adlı noxud böyüklüyündə bir ət parçası, bədəndə olan bütün hüceyrələrə hökm edir və bu hüceyrələrin həcmcə və ya bölünərək böyümələrini təmin edir. Bu hüceyrələrin insan bədənini xaricdən görməsi, bədənin nə qədər böyüməsini və hansı mərhələyə gəldikdə dayanmalı olduğunu bilməsi qeyri-mümkündür. Bu qüsursuz sistem ilə böyümənin və bu hormonun ifraz olunmasının hər mərhələsi nəzarətdə saxlanır.

Haqqında danışdığımız hüceyrələr ağlı, şüuru olmayan zülallardan ibarətdir. Vicdan sahibi hər insan bütün bu əməliyyatları hüceyrələrin həyata keçirmədiyini bilir. Hüceyrələrə nə qədər böyümələrinin lazım olduğunu ilham edən sonsuz ağıl sahibi olan Allah’dır.

Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 14)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma