Heç bir səbəb olmadan tək qalmağı istəmək şeytanın oyunlarından biridir


· Şeytan qəflətə düşən insana tək qalmağı doğru göstərmək üçün hansı təlqinləri verir?oW3PdQjnM9s

· Qəflətə düşənlərin tək qalmaq üçün gətirdiyi bəhanələr hansılardır?

· Şeytan insanın tək qalmağından hansı məqsədlər üçün istifadə edir?

· Mənəvi sıxıntı çəkən mömin nə etməlidir?

Ümumiyyətlə, insanlar problemlə üzləşdiklərində tək qalmağa üstünlük verirlər. Kənara çəkilib tək qalmaq üçün yer axtarırlar. İş yerində, yaxud başqa yerdə olanda evə tələsir, dostlarının yanında olanda onlardan ayrılır, evdə olanda isə qaçıb öz otaqlarına girirlər. Adam çox olan yerdə evin, ya da iş yerinin vanna otağına, heç kimin görmədiyi yerə gedirlər. Qısası, tək qalmağa çalışırlar.

Tək qalmaq istəməyin səbəbini özləri də bilmirlər və bunun problemi həll etmədiyini dərk etmirlər. Belə vəziyyətlərdə ağıllı düşünməyi istəməmək əsas problem yaradır. Yanında başqaları olduqda hərəkətlərinə fikir verməli, məntiqli davranmalı olacaqlar. Tək qaldıqda isə bunların heç birini düşünmədən hərəkət edə biləcəklər. Beləcə, düşünməkdən qaçıb rahat olacaqlarına inanırlar.

Tək qalma istəyi şeytanı fəaliyyətə keçirir

Əgər insan müəyyən mövzuda təfəkkür edib dərinləşmək, daha yaxşı və gözəl düşünmək üçün Allah’a sığınıb Ondan kömək diləmək və dua etmək üçün tək qalmaq istəyirsə, bu, çox normal hərəkətdir. Allah Quranın bir çox ayəsində insanlara bu əxlaqı tövsiyə etmişdir. Bu dərinliyi əldə etmək üçün mütləq tək qalmağa ehtiyac yoxdur. Amma məqsəd Allah’a yönəlmək olduğu üçün bu hərəkət normal sayıla bilər.

Onsuz da insanlar sıxıntılı vaxtlarında, nəfslərinə tabe olduqda, Quran ayələrini lazımi şəkildə düşünmədikdə və vicdanlarının səsini dinləmədikdə insanlardan qaçıb tək qalmaq istəyirlər.

Tək qaldıqda isə onlara ilk şeytan yaxınlaşır və bundan istifadə edir. Şeytan bu insanları vicdanlarından uzaqlaşdırıb nəfslərinin təsiri altına salır. Quran əxlaqına uyğun şəkildə düşünmələrinə mane olmağa çalışır. Bunun əvəzinə o insana Quran əxlaqına uyğun olmayan hərəkətlər etdirmək istəyir. Romantizm, məntiqsizlik, narahatlıq, ümidsizlik, kədər və boş xəyal kimi mənfi xüsusiyyətlərə sürükləməyə çalışır. Allah diləmədikcə bir toz dənəsinin belə hərəkət etməyəcəyini unutdurur və hadisələri insanların idarə etdiyini düşündürür. Bunun sonunda da yaxınlarına qarşı nifrət və kin oyatmaqla Quran əxlaqına uyğun olmayan hərəkətlər etməsini istəyir.

Tək qalmaq üçün bəhanələr

Nəzər salsaq, görərik ki, izah etdiyimiz bu xüsusiyyətlər film və seriallarda, həmçinin romanlarda tez-tez rast gəlinir. Bir çoxları qohum və ya ailəsində, yaxud da tanışlarının arasında belə insanlara rast gəlmişdir. İnsanlara verilən təlqin nəticəsində ağıllı düşünməyən, Allah’ın bildirdiyi din əxlaqından uzaq yaşayan insanlar müəyyən vəziyyətlərdə bu hərəkətlərə meyil edirlər.

Başqa bir cəhət də vardır ki, belə insanlar tək olduqda başqalarını bunu pozmağa icazə vermirlər. Bəzən xəstə, bəzən yuxusuz olduqlarını və bəzən də iş gördüklərini bəhanə edib mümkün qədər tək qalmağa çalışırlar.

Tək qalmaqda məqsədləri isə heç nə etməməkdir. Düşünməmək, ağıllı və məntiqli olmamaq, çıxış yolu axtarmamaq, nəfsani təlqinlərdən uzaqlaşmamaq, sıxıntını gizlətməklə gözəl əxlaq göstərməmək; fədakar, insanpərvər və anlayışlı olmamaq, gözəl söz söyləməmək, gözəl münasibət göstərməmək və vicdanın tələb etdiyi daha bir çox yaxşı əməldən uzaqlaşmaq…

Tək qalan insanı şeytan nəyə yönəldir?

Şeytanın əsl məqsədi bu insanları inkar, üsyan və qəflətə sürüməkdir. Qısa sürsə də, Allah’ın varlığını və qədəri, həmçinin ölümün və axirətin yaxınlığını unutdurmaq, insanı Quran əxlaqına uyğun olmayan düşüncəyə sürükləməkdir. Şeytan hər sıxıntıda bu insanlara belə təsir edir və bir gün tam inkar edəcəklərinə ümid edir.

Ancaq şeytan insanlara bu məqsədini açıq-aşkar göstərmir. Bunun əvəzində, faydalı olacağına inandırdığı səbəblər irəli sürür. Lakin şeytanın planı bu xeyirli düşüncələrə də mane olub insanı öz yoluna çəkməkdir. Bu zaman insanı “bir az tək qalıb düşünüm”, “indi yaxşı düşünə bilmirəm, bir az istirahət edim”, “özümü itirdiyimi başqaları görməsin, bir az özümə gəlim yanlarına qayıdaram”, “tək qalıb başıma gələn hadisələri bir az nəzərdən keçirim; səhvlərimi tapıb doğru qərar verim” kimi səbəblərlə təkliyə yönəldir.

Möminlər şeytanın bu təlqinlərinə qarşı çox diqqətli olmalıdırlar. Allah`ın insanın əxlaqını sınamaq üçün yaratdığı sıxıntı ilə qarşılaşan insan tək qalmağın doğru yol olmadığını anlamalıdır. Tək qalmaqdan çəkinib hamının yanında Quran əxlaqına uyğun davranmalıdır. Gözəl söz deyib səhvini düzəldəcəksə, bunu çəkinmədən insanların arasında etməlidir. Üzərində mənəvi ağırlıq varsa, tez Allah’a sığınmalı, Allah’ın verdiyi gözəl nemətləri düşünüb şükür etməlidir. Sıxıntının şeytandan olduğunu bilməli, Allah rizası üçün şeytanın istədiyinin tam əksinə, Quran əxlaqının tələb etdiyi kimi, şən və aktiv olmalıdır. Bu gözəl əxlaq şeytanın tələsini pozar, qəlbinə iman hüzuru verər. İnsanları sıxıntıdan xilas edən yeganə yol Allah`a sığınıb Quran əxlaqına uyğun davranmaqdır. Quranda bu həqiqət insanlara belə bildirilmişdir:

Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allah`ın lütfündən ruzi diləyib axtarın! Və Allah`ı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Cümə surəsi, 10)

O kəslər ki, Allah`a iman gətirmiş və qəlbləri Allah`ı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allah`ı zikr etməklə aram tapar! (Rəd surəsi, 28)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma