Həyati Əhəmiyyətli Element: Fosfor


  • Fosfor nə üçün həyati əhəmiyyətə malik elementdir?d139db
  • Fosfor bədəndə harada və necə tədarük edilir?
  • Fosfor çatışmazlığına qarşı hansı tədbirlər görülür?

XX-XXI əsrlərdə neft həm böyük enerji mənbəyi idi, həm də sənaye üçün lazımlı çoxlu sayda məmulatın xammalını təşkil edirdi. Odur ki, bu dəyərli maddənin əldə edilməsi üçün müxtəlif sistemlər icad edildi. Yüzlərlə elm adamı və mühəndis neftin harada ola biləcəyinə və olduğu yerdən necə çıxarılacağına dair fəaliyyətlər həyata keçirdilər. Nəzəri məlumatlar praktikada tətbiq olundu. Bu yolla neft texniki alətlər köməyi ilə yerin altından çıxarıldı. Neftin emalı üçün müxtəlif zavodlar tikildi. Daşınması üçün xüsusi tankerlər və neft kəmərləri çəkildi. Bunlar dəyərli təbii sərvətdən faydalanmaq üçün lazım olan işlər idi.

Neftin cəmiyyətin həyatındakı roluna bənzər çox dəyərli xammal hüceyrələrimizin içində yerləşir. Bu xammal fosfordur. Hüceyrədə fosforun olması, xaric edilməsi, hüceyrəyə daşınması, emalı və tədarükü üçün heyranedici sistemlər yaradılıb. Bu sistemlərdən hər biri canlıların həyatı üçün vacibdir. Bu sistemlərdən biri olmazsa, canlılar ölər.

Fosforun orqanizmdəki funksiyaları
Canlıların quru çəkisinin 3%-ini təşkil edən fosfor hüceyrənin həyati əhəmiyyətli proseslərində mühüm funksiyalar yerinə yetirir.

Fosfor:

  • Hüceyrəmizin məlumat bankı olan DNT-nin və RNT-nin əsas quruluş vahididir. Yağ, zülal və şəkərdə mövcuddur.
  • Hüceyrənin bütün enerji dövranı bu maddə əsasında baş verir.
  • Qılafların və məlumatı təşkil edən hərflərin hasilatında rol oynayır.
  • Fotosintezdə, tənəffüsdə və bir çox fermentin idarə olunmasında istifadə edilir.

Fosforun hüceyrəyə əlavə edilməsi və istifadəsi çox dəqiq proseslərlə nəzarətdə saxlanılır.

Bir çox ferment fosforu hüceyrə üçün lazımlı birləşmələr düzəltmək üçün digər atomlarla birləşdirir.

Bakteriyalarda tədarük edilən fosfor

İnsanlar lazımlı materialları sürətlə təmin etmək üçün yaxınlıqda anbar düzəldib orada saxlayırlar. Bakteriyalarda da buna bənzər sistem fosfor üçün işləyir. Fosforun 85%-i sümükdə fosfat zəncirləri şəklində tədarük edilir. Bakteriyalarda bu anbar ehtiyac olduqda istifadə edilir. Ancaq fosfat zənciri sadəcə anbar molekulu deyil. Elm adamları fosfat zəncirinin hüceyrənin içində müxtəlif nəzarət proseslərində həyati rol oynadığını kəşf ediblər.

Həyəcan siqnalı sistemi necə işləyir?

Bakteriyada fosfat miqdarı müəyyən səviyyədən aşağı düşdükdə həyəcan siqnalı çalınır. Qeyri-adi sistem təcili tədbir mexanizmini işə salır. Bunun üçün bir çox gen müştərək şəkildə hüceyrənin məruz qaldığı təhlükəni aradan qaldırmağa çalışır.

Binalarda yanğın baş verdikdə işə düşən yanğın həyəcan siqnalına bənzər şəkildə fosfat miqdarı azaldıqda hüceyrədə xüsusi molekul həyəcan siqnalı verir. PhoR adlı bu zülal həyəcan siqnalı məlumatını ikinci zülala ötürür. Təhlükədən xəbərdar imiş kimi hərəkət edən PhoB adlı zülal təcili tədbir mexanizmlərini işə salır. Bunun üçün DNT-də müxtəlif genlərin sintezini ya artırır, ya da dayandırır. Aydındır ki, bu qədər şüur tələb edən prosesləri molekullar həyata keçirə bilməz. Nəyi, necə və nə vaxt edəcəklərini Allah molekullara ilham edir. Hər varlığın Onun ilhamı ilə hərəkət etdiyini Allah bir ayədə belə bildirir:

Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Hud surəsi, 56)

Fosfor olmadan zülal sintezi baş verməz. Fosforun əldə edilməsi üçün digər molekullara ehtiyac var. Ona görə də canlılar bir bütün olmalıdır. Digər həyati əhəmiyyətli molekullarda olduğu kimi, fosfor üzərində düşündükdə də bu labüd nəticəyə gəlirik. Məsələn, fosforun hüceyrəyə daxil edilməsi üçün bir çox zülal və fermentin informasiyası DNT-də qeyd olunub. Ancaq bu informasiya tərkibində fosforun da olduğu molekullar tərəfindən yazılır. DNT-dəki hər hərf şəkər və fosfat zəncirindən ibarət sütuna birləşir. Ona görə, həyat mərhələ-mərhələ əmələ gələ bilməz. Allah üçün bu cür sistemi yaratmaq çox asandır. Canlılar aləmi Rəbbimizin “Ol!” əmri ilə möcüzəvi şəkildə yaradılıb.

Fosfor çatışmazlığına qarşı hansı tədbirlər görülür?

  • Forma dəyişdirmə möcüzəsi

Fosfor azaldıqda bakteriyalar elə tədbirlər görürlər ki, bunların bircəsi belə təsadüflərə inanan təkamül nəzəriyyəsinin nə qədər əsassız olduğunu göstərmək üçün kifayətdir. Bəzi bakteriyalar fosfat çatışmazlığı zamanı birlikdə formalarını dəyişdirirlər. Bu yolla səthləri ilə həcmləri arasındakı ölçünü xarici mühitlə daha çox təmasda olacaq formaya salırlar. Beləliklə, daha asan fosfat əldə edirlər.

  • Fərqli materialdan istifadə

Sintez sistemindəki şüurlu dəyişiklik də başqa ağıllı metoddur. Hüceyrə divarında yerləşən fosfatla zəngin birləşmələr tərkibində fosfat olmayan başqa maddələrlə dəyişdirilirlər. Bu metodu bir bakteriyanın həyata keçirməsi və bunu mükəmməl şəkildə etməsi heyranedicidir. Bakteriyalarda təcəlli edən bu üstün xüsusiyyətlər Allahın qüdrətinin təcəllilərindəndir.

  • Mühitə daxil edilən xüsusi kimyəvi maddələr

Bəzi bakteriyalar da fosfat miqdarı azaldıqda mühitə kimyəvi maddələr əlavə edirlər. Bu kimyəvi maddələr mühitdəki birləşmələrdən fosfatın əldə olunmasına kömək edirlər.

  • Fosfat qapısı sayının artırılması

Fosfat miqdarı azaldıqda görülən tədbirlərdən biri də fosfatın daxil olduğu qapıların sayının artırılmasıdır. Bu, fosfatın hüceyrəyə daha asan  daxil olmasını təmin edir.

Nəticə:

 Bakteriya ilə bağlı aparılan tədqiqatlar fosfat miqdarı azaldıqda 400-ə yaxın genin aktivləşdiyini göstərib. Elm adamları bunun bakteriya geninin 10%-ini təşkil etdiyini düşünürlər. Sistemin bir çox təfərrüatı hələ məlum deyil, indiyə qədər kəşf edilənlər isə insan orqanizminin nə qədər üstün yaradılışla yaradıldığını göstərir.

Fosforun təmin edilməsi sistemi canlıların mərhələ-mərhələ əmələ gəlməsinin mümkün olmadığını sübut edən dəlillərdən biridir. Sistemin bircə genində bir xəta baş verərsə, sistem funksiyasını yerinə yetirə bilməz. Belə bir canlı təkmilləşməz, əksinə, ölər. Bu cür sistemlərin necə işləməsi də bu prinsiplə tapılır. Mükəmməl işləyən sistemdə əlaqədar genlər mutasiyaya məruz edilir və nəticədə, meydana gələn ölüm və zədələrdən həmin genin hansı funksiya daşıdığı müəyyən edilir. Məqalədə nümunə göstərdiyimiz hissələrdən birində belə əmələ gələcək çatışmazlıq canlının ölümünə səbəb olur. Digər şərtlər kimi, fosfat çatışmazlığında da canlı ölür. Bu sistemlərin hər biri təkamülü təkzib edir, yaradılışı sübut edir. Bakteriyadakı fosforun təmin edilməsi sistemi Allahın bənzərsiz yaratma sənətinə nümunədir. Bir ayədə Allah belə buyurur:

De: “Mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatir surəsi, 40)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma