Ağıllı müdafiə sistemi: Kamuflyaj


kamuflaj-uzmani-hayvanlar-2Kamuflyaj hərbçiliyin dəyişilməz ünsürlərindən biridir. Düşmənə özünü hiss etdirmədən hücum etmək və ya düşmənin hücumu əsnasında özünü gizlətmək çox əhəmiyyətlidir.

Buna görə də cəbhədəki əsgərlər geyimləri, dəbilqələri ilə, hətta üzlərinə sürtdükləri boyalarla özlərini gizlədər, yəni kamuflyaj edərlər.

Maraqlı olan kamuflyaj deyilən bu ağıllı üsulun yalnız insanlar deyil, heyvanlar tərəfindən də istifadə edilməsidir.

Çox effektiv taktika

Kamuflyaj edən canlılar yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılmış bədən quruluşları, formaları, rəngləri və naxışları ilə xüsusi olaraq mühafizə olunmuşlar. Bu canlıların bəzilərinin bədənləri olduqları şəraitlə o qədər uyğundur ki, ətraflarındakı bitkilərdən ayırd edilmələri son dərəcə çətindir.

1

Üzərində yaşadığı çiçəklə eyni rəngdə olan bir hörümçək ağac budağı kimi hərəkətsiz dayanan bir ilan, qurumuş yarpaqla eyni qanadlara sahib olan bir böcək, üzərində olduğu bitkilərin rəngini və formasını alan bir qurbağa… Bütün bunlar təbiətdəki kamuflyajın maraqlı nümunələridir. Bizə kamuflyajın xüsusi olaraq yaradılmış bir üsul olduğunu göstərirlər.

23

İndi isə bu xüsusi metodu bir qədər araşdıraq.

Bəzi canlılar yaşadıqları mühitin geniş yayılmış bitki örtüyünə uyğun rəng və naxışlara malikdir. Məsələn, saralmış otların arasında sarı zolaqlı naxışları ilə gizlənən bir pələngin ovu tərəfindən hiss edilməsi çox çətindir.

Aslanlar da yaşadıqları çöllərin rəngində yaradılmışdır. Bunun sayəsində quru otların arasında asanlıqla gizlənirlər. Kamuflyaj etmiş bir əsgər kimi yavaş-yavaş ovlarına yaxınlaşarlar.

4

Hepard da sahib olduğu təbii kamuflyaj sayəsində ovuna hiss edilmədən yanaşar. Ov onu hiss edərkən, artıq çox gec olur.

Yaşadığı mühitlə mükəmməl bir rəng uyğunluğuna sahib olan canlılardan biri də qütb ayılarıdır. Qütb ayılarının ağappaq kürkləri dörd mövsüm qar və buzlarla örtülü mühitdə onlara böyük üstünlük qazandırır. Ağ rəng hiss edilmədən ovlarına yaxınlaşmaqlarını təmin edir. Əgər rəngləri ağ olmasaydı, bu ayıların qütblərdə yemək tapa bilmələri, balalarını yemləyə bilmələri son dərəcə çətinləşərdi. Bu da qısa müddətdə nəsillərinin kəsilməsi deməkdir.

Bunlardan başqa bəzi canlılar da mövsümə uyğun kamuflyajlar edirlər. Buna ən gözəl nümunə olaraq qütb quşlarını göstərə bilərik.

Mövsümə görə tük dəyişdirən bir canlı: Qütb quşları

Qütb quşlarını olduqları yerini bilmək demək olar ki, qeyri-mümkündür, çünki tüklərində ətraf ərazinin təbii görüntüsünü təqlid edə bilmələrini təmin edən mükəmməl bir kamuflyaj qabiliyyəti vardır.

Qış mövsümündə qütb quşlarının bədənlərində möcüzəvi bir dəyişiklik baş verir. Tünd rəngli tüklərin hamısı yox olur və yalnız ağ tüklər qalır. Qarların arasında ağappaq quşu seçə bilmək yenə qeyri-mümkündür.

Quşun bu hadisədən heç bir xəbəri yoxdur, amma bədəni hər qış mövsümündə eyni mükəmməllikdə kamuflyaj edər. Yaz mövsümü olanda qütb quşunun tüklərinin arasında yaşıllaşan bitkilərin rəngində yeni tüklər çıxar. Həmin dəyişiklik yayda da baş verir.

Bu qeyri-adi dəyişikliklər hesabına otların arasında qütb quşlarını görə bilmək demək olar ki, qeyri-mümkündür. Bütün bu möcüzə kamuflyaj nümayişi, əlbəttə bir izahat tələb edir. Bu quş əlbəttə öz iradəsi ilə üzərindəki tüklərin rəngini dəyişdirə bilməz. Sahib olduğu kamuflyajın nə işə yaradığını dərk edən bir ağıla belə sahib deyil.

Elə isə bu quşa qeyri-adi kamuflyaj qabiliyyətini verən kimdir?

Mövsümə görə qütb quşunun sahib olması lazım olan kamuflyajı kim bilir?

Ətraf mühitin rəng və naxışını quşun tüklərinin üzərinə sanki bir rəssam kimi kim çəkmişdir?

 Suallar bizi yeganə bir cavaba aparır;

Qütb quşu Allah tərəfindən yaradılmışdır və sahib olduğu xüsusiyyətlər də ona Rəbbimiz tərəfindən verilmişdir.

Böyük kamuflyaj ustası: Buqələmun

Kamuflyaj sənətinin ən böyük ustalarından biri, şübhəsiz, buqələmundur. Buqələmun xüsusi olaraq bu mövzudakı cəldliyi heyrətləndiricidir. Digər  sürünələrin də rəng dəyişdirmə qabiliyyətinə sahib olmasına baxmayaraq heç biri bunu buqələmun qədər sürətli bacara bilməz.

Buqələmun istədiyi vaxt olduğu zəminin rəngini alır və beləliklə, özünü gizlədir. Özünü təhlükəsizlikdə hiss etdikdə isə dərisinə müxtəlif rənglər verməklə sanki bir sənət nümayiş etdirər.

Bir rəssamın bir naxışı lövhəyə köçürməsi saatlarla vaxt alar. Halbuki, buqələmun üzərində olduğu yerin naxışını dərhal təqlid edə bilər.

Buqələmunun bu qeyri-adi qabiliyyəti bədənində yaradılan və rəngə həssas xüsusi hüceyrələrə əsaslanır. Bu son dərəcə kompleks hüceyrələr özlərinə gələn işığa görə piqmentlərini nizamlayır, həm də bunu qeyri-adi bir sürətdə edirlər. Bu kompleks quruluş heç bir təsadüflə açıqlana bilməz. Keçmişdə bir buqələmunun belə bir sistemə ehtiyac duyduğu, sonra bunu düşünüb hazırladığı və öz bədəninə yerləşdirdiyi də iddia edilə bilməz. Buqələmunun rəng dəyişdirmə qabiliyyəti yaradılışın açıq bir dəlilidir.

Bu nümunələrlə Allah bizə sonsuz bilik və sənətinin bir nümunəsini göstərir. Bir Quran ayəsində buyurulduğu kimi, Allah qüsursuz bir şəkildə yaradandır:

5

O Allah yaradandır, qüsursuzca var edəndir, “şəkil və surət” verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hakimdir. (Həşr surəsi, 24)

Böcəklər aləmindəki kamuflyajçılar

Böcəklər də həm özlərini qorumaq, həm də asan ov ovlamaq üçün kamuflyaj üsullarından istifadə edirlər. Bəzi böcəklər özlərini yarpağa oxşadır. Bu oxşarlıq elə mükəmməldir ki, yarpağın formasından üzərindəki damarlara qədər hər bir incəlik tam şəkildə əks olunur. Bəzilərinin qanadında saralmış bir yarpağın üzərindəki çürüklərə, ləkələrə bənzəyən naxışlar belə var, bəzisi isə özünü bir hissəsi qopmuş yarpaq şəklinə salmışdır.

İndi bu canlılardakı kamuflyaj dizaynı üzərində bir az düşünək.

Bu böcəklər hansısa şüura və ağıla sahib deyillər. Həyatda qalmaq üçün yarpağa bənzəmələri lazım olduğunu bilməzlər. Bilsələr belə bədənlərinə yarpaq şəkli çəkə bilməzlər. Yarpaqlardakı çürükləri, ləkələri təqlid edə bilməzlər. Elə isə böcəyin qanadları üzərində yerləşən və şüurlu şəkildə hazırlandığı aydın olan bu şəkillər kimin əsəridir?

Əlbəttə ki, bu dəyişikliklərin təsadüflərlə meydana gəlməsi mümkün deyil. Bu kiçik böcəklərin qanadlarındakı yarpaq dizaynı canlıların təsadüflərin deyil, bir Yaradıcının əsəri olduğunu göstərməyə kifayət edir.

Nəticə

Təbiəti araşdırdıqca həmişə eyni həqiqətlə qarşılaşırıq. Canlılar təkamül nəzəriyyəsinin “təsadüf” iddiasını tamamilə əsassızlaşdıran, son dərəcə yaxşı hazırlanmış kompleks quruluşlara sahibdirlər. Hər canlı öz üzərində yaradıldığını bizə göstərən dəlillər daşıyır. Kamuflyaj və canlıların ağıllı davranışları bu dəlillərdən yalnız biridir.

Bütün bu möhtəşəm yaradılışın sahibi isə, göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbi olan Uca Allahdır.

Ağıl sahibi insanlara düşən isə Allahın yaratması üzərində düşünmək və Onu tərifləyib ucaltmaqdır. Allah ayələrində belə buyurur:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün həqiqətən ayələr var. Onlar, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər. (Və deyərlər) “Ey Rəbbimiz, sən bunu boşuna yaratmadın. Sən çox ucasan, bizi atəşin əzabından qoru.” (Ali İmran surəsi, 190-191)

Qaynaqlar

1. Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, səh.41
2. Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, səh.52
3. Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, səh.20
4. Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, səh.26

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma