Orqanizmdəki maye miqdarını tənzimləyən böyrəklər


suOrqanizmdə qüsursuz planlanmış sistem işləyir. Böyrəklər bu sistemlərdən biridir.

Əgər tərləmə və ya bir müddət su içməmə səbəbindən bir az su itirsək, qandakı suyun miqdarı azalar.

Qan beyində hərəkət edərkən hipotalamus adlanan bölgədəki xüsusi reseptorlar hərəkətə keçir və hipofiz vəzinə impuls göndərir. İmpulsu qəbul edən və orqanizmdə suyun azaldığını anlayan hipofiz vəzi böyrəklərə xüsusi mesaj (antidiuretik hormon- ADH) göndərir. Bu mesaj borucuqlardakı hüceyrələrə “orqanizmdə su çatışmazlığı var, artıq suyu geri qaytarın” əmrini verir. Borucuqlar sidikdən daha çox suyu soraraq qana qarışdırırlar və bu şəkildə orqanizmdə su çatışmazlığı aradan qaldırılır. (Arthur C. Guyton, M.D., Text Book of Medical Physiology, W.B. Saunders Company, 7th Edition, 1986, səh.613-614)

Əgər artıq su içmişiksə, bu dəfə də həmin əmr sistemi zənciri çərçivəsində xəbərləşmə baş verir. Ancaq bu dəfə borucuqlardakı hüceyrələrə “orqanizmdə artıq su var, suyu lazımsız yerə geri qaytarmayın” əmri verilir.

Beyinin altında yerləşən hipofiz vəzini təşkil edən hüceyrələrin gördüyü işi yenidən düşünək. Burada yerləşən hüceyrələr özlərindən çox uzaqda yerləşən böyrək hüceyrələrinə xüsusi mesaj göndərirlər. Böyrək hüceyrələri də gələn əmrə qeyd-şərtsiz itaət edirlər. Daha sonra böyrək hüceyrələri sidiyin içindən su molekullarını bir-bir seçir və bu qarışıq mayenin içindən tər-təmiz su əldə edərək orqanizmə göndərirlər.

Beyin hüceyrələri və böyrək hüceyrələri arasında əlaqənin olması, böyrək hüceyrələrinin sidiyi təmizləyərək içindən tər-təmiz su əldə etməsi, şübhəsiz ki, ağılın göstəricisidir. Yer üzündəki bütün canlıların varlığını bəsit təsadüflərlə açıqlamağa çalışan təkamül nəzəriyyəsini kökündən məhv etmək üçün təkcə bu sistem belə kifayətdir. Çünki ifrazat sisteminin işləməsi üçün bir-birindən asılı olmayan bir çox hissə eyni anda mövcud olmalı və bunlar bir-biri ilə tam uyğun işləməlidirlər.

Məsələn, bu sistemdə hipofiz vəzindən böyrəklərə əmr aparan antidiuretik hormon olmasa, ciddi xəstəlik meydana gələr. Bu xəstəlikdə gündəlik sidik ifrazatı 1.5 litr əvəzinə 25-30 litrə çatır və ölümcül nəticələr doğurur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma