Sionizm: yersiz və yanlış anlaşılan qorxu


musevilikte_yalan1648-ci il Vestfal müqaviləsindən irəli gələn millətçilik 1789-cu il fransız inqilabı ilə birlikdə dünyaya güclü şəkildə yayılmağa başladı. Belə ki, milli dövlət xəyalları 150 il ərzində siyasəti formalaşdırdı. Bu müstəqillik müharibələrinin əsasında millətçilik hissləri yatırdı. Eyni mədəniyyətə malik, eyni dili danışan, eyni bölgənin insanları artıq eyni bayraq altında birləşmək istəyirdilər. Belə ki, bu yüzlərlə millətçilik cərəyanından yalnız biri həmişə digərlərindən fərqli qəbul edildi, günahlandırıldı və konspirasiya nəzəriyyələrinin mərkəzində yer aldı.

Bu cərəyan adını İsraildəki Siyon dağından alan, dünyaya səpələnmiş musəviləri bir dövlət altında birləşdirməyi hədəf alan sionizm idi. Dünyanın bir çox ölkəsinə səpələnmiş, yüzlərlə fərqli şəhərdə diaspor həyatı yaşayan və getdikləri hər yerdən qovulan musəvilər əcdadlarının torpaqlarında özlərinə aid dövlət qurmaq istədilər. Hər bir millətçi cərəyan özünə dost və düşmən qazanarkən sionizm demək olar ki, hər siyasi cərəyandan, xüsusilə də protestant liberalizmdən əleyhdarlar qazandı.

Həmçinin musəvilərlə heç bir əlaqəsi olmayan millətlər də qədimdən bəri onlara məxsus olan torpaqlarda özlərinə dövlət qurmalarına qəti şəkildə qarşı çıxdılar.

Dövrümüzdə anti-sionizm adı altında meydana çıxan İsrail əleyhdarlığı əslində anti-semitizm, yəni musəvi əleyhdarlığına örtük olub.

Qadın, uşaq, qoca, günahsız demədən bütün xalq – yalnız musəvi olduğu üçün – sözlü və fiziki hücuma məruz qalır, digər millətlərlə masaya oturma tələbləri rədd edilir. Bölgədə vahid etnik mənşəyə əsaslanan 22 ərəb ölkəsi olmasına baxmayaraq, musəvilərin özlərinə məxsus dövlətə sahib olma istəklərinə qarşı çıxılır.

Halbuki İsrail nasist soyqırımından, sovet zülmündən, ya da dünyanın müxtəlif ölkələrində gördükləri zorakılıqdan qaçan milyonlarla musəvi üçün etibarlı limandır.

Təkcə 1948-ci il müharibəsində 1 milyona yaxın müsəvinin bütün əmlaklarını geridə qoyaraq ərəb ölkələrindən mühacirət etmək məcburiyyətində qaldığı nəzərə alınarsa, bunun əhəmiyyəti daha aydın başa düşüləcək.

Digər tərəfdən, bir çox millətçi ideologiyanın əksinə, İsraildə musəvilik irqə və ya ənənəvi etnik quruluşa əsaslanmır. İsrailin qonşusu olan bir çox ərəb ölkəsinin əksinə olaraq, müxtəlif din və etnik kökdən insanları birləşdirən çox mədəniyyətli dövlətdir. Ölkə əhalisinin beşdə biri ərəblərdən ibarətdir. Musəvi əhali isə 70 fərqli mədəniyyətdən gələn və 35 dil və müxtəlif dialektdə danışan musəvilərdən ibarətdir. Burada ərəb dili ibrani dili ilə birlikdə rəsmi dövlət dilidir. İsrailin tərkibində olan və aralarında 400-ə yaxın məscidin də olduğu 3 böyük dinin müqəddəs yerləri İsrail dövləti qurulduğundan indiyə qədər dövlətin himayəsi altındadır və qorunur.

Bütün bunlara baxmayaraq, sionizm getdikcə daha çox çevrə tərəfindən bütün dünyanı nəzarəti altına alan pis məqsədli layihə ilə bərabər tutulur.

Bu faktın yeganə açıqlaması anti-semitizmdir ki, bu da keçmiş, heç bir həqiqətə uyğun olmayan musəvi qorxusunun müasir variantıdır.

Yaxın Şərqdə qəbul edilmiş qavrayışın əksinə, sionizm dünyanın hər tərəfinə sürgün edilmiş, tarix boyu təzyiq görmüş musəvi millətinin əcdadlarının torpaqlarında azad və təhlükəsiz yaşamaq istəyidir. Musəvi xalqı 3500 il ərzində bu torpaqların bir hissəsi olduqdan sonra Roma İmperiyası tərəfindən zorla sürgün edilmişdir. İsrail dövlətinin qurulması da az sayda nümayəndəsi olan bu millətin təhlükəsiz şəraitdə yaşayıb özlərini idarə edəcəkləri vətən qurmaq xəyalının həyata keçməsidir.

Çox olmasa da bir çox müsəlman sionizmin nə demək olduğunu belə bilmir. Sionizmə niyə qarşı olduqları soruşulduqda, sionizmi, “dünyanın nizamını pozan, şeytani sistem” kimi təsvir edir, hər cür pisliyin qaynağı kimi göstərirlər. Həmçinin bir çox müsəlman musəvi əleyhdarlığını dindarlıq əlaməti olaraq görür. Sionizm əleyhdarlığı müsəlman ziyalıları və siyasətçilərini də mövzu musəvilər olduqda ədaləti müdafiə etməyəcək hala gətirir. Bu səbəbdən sionizmin müsəlman-Avropa cəmiyyətlərinə düzgün şəkildə tanıdılması və mənasız musəvi nifrətinə son qoyulması çox vacibdir.

İsrail dövlətinə və sionizmə nifrət etmək Quran əxlaqına uyğun deyil.

Məzlum israillilərin öldürülməsini, ya da İsrail xalqının ata-baba torpaqlarından qovulmasını təşviq etmək böyük vicdansızlıqdır. Üstəlik bu vəziyyət təkcə ərəb dünyasına xas deyil. Getdikcə daha çox sayda avropalı solçu bu fikri mənimsəyir. İsrail dövlətinin bir sıra səhvləri ola bilər. Hansı dövlətin səhvi yoxdur ki? İfrata vardığı və törətdiyi cinayətlərə görə qanuna, hüquqa uyğun şəkildə cəzalanmalıdır. Beynəlxalq hüquqda olduğu kimi, İslamda da “cinayətin fərdiyyəti” anlayışı var. Bütün dövlət məzlum-təqsirkar, haqlı-haqsız demədən, yaxud da mövcud vəziyyəti nəzərə almayaraq bütövlükdə günahlandırıla və ya cəzalandırıla bilməz.

Bir qisim müsəlmanların isə “Qurana əsasən musəvilərlə müharibə etdiklərini” iddia etmələri cahillikdir və Qurana ziddir. Çünki Allah musəvilərə Müqəddəs Torpaqlarda yaşamaq hüququ verib:

O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”.(Maidə surəsi, 20-21)

Axırzamanda dağınıq olan musəvilərin yenidən bu torpraqlarda toplanacağı da Quranda bildirilir.

Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı (məhşərə) gətirəcəyik”– dedik. (İsra surəsi, 104)

Belə ki, sionizmə qarşı düşmənçilik var, hətta bu düşmənçiliyə qarşı gələnlər az qala həyatlarını təhlükəyə atır. Allah Quranda müsəlmanlara ədalətli və vicdanlı şəkildə hərəkət etmələrini əmr edir. Buna görə də müsəlmanlar yalnız Fələstin xalqının hüquqlarını deyil, musəvilərin də hüquqlarını müdafiə etməlidirlər.

Müsəlman ziyalılar, ilahiyyatçılar, siyasətçilər davam edən musəvi nifrətini qızışdıraraq deyil, Müqəddəs Torpaqlarda birlikdə yaşamaq haqqını dilə gətirərək ön plana çıxmalıdırlar. Müsəlman dünyasında Fələstin xalqının hüquqlarını müdafiə etmək üçün musəvilərə qarşı olmaq lazım olduğu fikrini dəyişdirmək üçün çalışmalıdırlar.

Özlərini idarə etmək istəyi həm israillilərin, həm də fələstinlilərin haqlı tələbidir. Ərəb-müsəlman dünyasının İsrailə müstəqil dövlət kimi var olma hüququnu tanıması bir əsrlik bu qan davasına son qoyacaq. Bundan ən böyük faydanı da, heç şübhəsiz ki, müharibələrlə, hərbi əməliyyatlarla əldən düşmüş Fələstin xalqı əldə edəcək. Bu bitməyən müharibə şəraiti çox böyük maddi itkiyə səbəb olur. Halbuki həmin pullar insanların rifahı üçün istifadə edilə bilər.

Daha da əhəmiyyətlisi bu nəticəsiz müharibə qoca-cavan, mülki-hərbi on minlərlə insanın canına qəsd edib. Ərəb dünyası İsraili qonşusu olaraq görməyə başladıqda İsrail də Fələstin xalqının və hətta vəziyyəti fələstinlilərdən daha da pis olan digər ərəb cəmiyyətlərinin rifahını artırmağa yönəldilə bilər. Müharibəyə, dağıntıya, nifrətə sərf olunan əmək və imkan regionun tikintisinə, abad hala gəlməsinə xərclənər. Silahlar tarlalarda istifadə ediləcək kotanlarla, nifrət elm, sənət və texnologiya ilə əvəz olunar.

İslam dünyasında sionizmə qarşı yaranmış bu qərəzli, heç bir əsasa söykənməyən dünyagörüşü zaman keçdikcə musəvi xalqına qarşı yersiz qorxu halına gəlib.

Artıq bu mənasız, Quranda heç bir şəkildə yeri olmayan İsrail əleyhdarlığına, musəvi nifrətinə son qoymaq vaxtıdır. Sionizmi doğru izah etmək və inananları bu nifrət burulğanından xilas etmək vəzifəsi də yenə müsəlman ziyalılara düşür.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma