Yaxşı və pis: hansı tərəfdəsən?


 

yaxsi-pisƏksəriyyəti müsəlman ölkələrdən ibarət olan Yaxın Şərq eyni zamanda qətliamların da ən çox baş verdiyi bölgə olma xüsusiyyətini daşıyır. Hazırda Suriya bölgədəki bütün terrorun mərkəzi kimi görünür.

Məsələn, Hələb… Bir vaxtlar gözəl şəhər olan Hələb indi vətəndaş müharibəsinə görə xarabalığa çevrilib. Hələbdə mülki vətəndaşların şəhid edilmədiyi bir gün belə yoxdur.

Məscidlər, xəstəxanalar və marketlər kimi xalqa açıq yerlər hər gün bomba və mərmi atəşinə məruz qalır.

Bu cür hücumların hər hansı bir hərbi məqsədi olmadığı aydındır. Bunlar qan tökməyə susamış pis insanların fəaliyyətidir… Bu hücumları fasiləsiz olaraq davam etdirirlər. Xəstə zehinlərindəki məqsədlərinə çatmaq üçün günahsız insanları qətlə yetirməkdən çəkinmirlər.

Bunun başqa bir izahı ola bilməz. Mən bir insanın belə, zərər görmə riski olan hər hansı bir əməliyyata hər zaman qarşıyam. Ancaq bu məsələdə öz ölkələrini, öz həyatlarını, mülklərini, namuslarını, azadlıqlarını və müstəqilliklərini qorumağı hədəf alan, müdafiəyə yönələn bəzi hərbi əməliyyatlar müstəsna ola bilər. Digər növ hücumlar mülki vətəndaşların yaşadığı əraziləri hədəf alır və bunlar əxlaqi çatışmazlıqdan irəli gələn şərəfsiz əməllərdir. Bu hücumlarda həyatını itirənlərin çoxu da qocalar və uşaqlardır.

Hələbdə yaşayan insanlar öz ölkələrinə qarşı olan bu hücumun məzlum şahidi mövqeyində olan sünni müsəlman cəmiyyətinə mənsubdurlar. Hələbdə mühacir olan terrorçu və ya İŞİD üzvü yoxdur. Sadəcə ailə üzvlərini və dostlarını bu vətəndaş müharibəsində itirən günahsız insanlar var.

Həyatlarını xilas etmək üçün öz vətənlərindən qaçarkən gəmilərdə boğularaq ölən çarəsiz miqrantlarla sanki şənlənən insanların var olduğunu görmək çox narahat edicidir. Bu miqrantlar daha yaxşı həyat ümidi ilə yola çıxırlar. Lakin səfərin sonunda boğularaq həyatlarını itirirlər. Bunun son nümunələrindən biri Aylan adlı gözəl uşağın üzərindəki şortu və qırmızı köynəyi ilə sahilə vurmuş məsum bədəni idi. Qəlblərə təsir edən bu obrazla bağlı bəzi Qərb media yayımlarında çirkin karikaturalar yer aldı. Bu karikaturaları görmək həqiqətən heyrətləndirici idi. Yaxşılar bu dəhşətli mənzərədən çox təsirlənərkən, pislər şeytani ruhla bu faciədən istifadə edərək özlərini əyləndirməyin yolunu tapmışdılar.

Fransız Çarli Hebdo jurnalını Qərb mediasının bu düşündürücü mövqeyinə nümunə olaraq verə bilərik. Jurnalın üz qapağında “Avropanın xristian olduğunun dəlili” başlığı ilə dənizin üzərində yeriyən saqqallı xristianla baş aşağı dənizdə boğulmuş kiçik uşağın şəkli qoyulmuşdu. Başlığın altında isə belə yazılırdı: “xristianlar dənizin üzərində yeriyər, müsəlmanlar isə belə batar”.

Həqiqətən bu cür əcaib karikaturaları çəkənlər xristian və ya müsəlman olsun heç kimi sevmirlər. Özlərindən başqa hamıdan nifrət edirlər.

Burada oynanan bir oyun var və bu “oyun quranlar” sevgidən, mərhəmətdən, şəfqətdən tamamilə uzaqdırlar. Əgər bir insan məzlum uşağın ölü bədəninin karikaturasını çəkəcək qədər mərhəmətsiz ola bilirsə, bu tərz insanlardan hər cür pislik gözləmək olar.

Suriyalı vətəndaşlar döyüş bölgələrində çox ağır vəziyyətdə yaşayırlar. Necə həyatda qalacaqlarının və necə qaça biləcəklərinin yolunu tapmaqda çətinlik çəkirlər. Evdə, küçədə olarkən üzərlərinə bomba atılır. Xəstəxanalarda və ya məscidlərdə olmaları da fərq etmir.

Vətənlərindən ayrılmaq istədikdə isə digər ölkələr onları qəbul etməyi rədd edir. Ölkələrindən ayrılmaq üçün yola çıxdıqları zaman yolda qətlə yetirilirlər. Suriyalılar çarəsizcə çıxış yolu axtarırlar.

Yunanıstanın qubernatoru Spyros Galinos kimi bəzi vicdanlı siyasətçilər və liderlər isə bu rəzalətə qarşı səslərini yüksəldərək Avropanın miqrant siyasətini tənqid edir.

Suriyalı vətəndaşlar döyüş bölgələrində yaşayır[.] Necə həyatda qalacaqlarını və necə qaçacaqlarının yolunu tapmaqda çətinlik çəkirlər.

Bir çox Avropa İttifaqı üzv ölkələrinin miqrantlara qarşı siyasətlərini dəyişdirmələri insanlıq adına utanc vəsiləsidir. BMT görüşlərində belə -demək olar ki, bütün ölkə başçılarının bu qlobal hadisəni dilə gətirməsinə baxmayaraq- hələ ki, ağıllı həll yolu tapa bilməyiblər.

Pis tərəfdə yer alanlar şüurlu şəkildə təşkil etdikləri münaqişələrdə neçə nəfərin həyatını itirdiyi ilə maraqlanmır. Bundan başqa, döyüş bölgələrindən və ya toqquşmadan qaçarkən tam olaraq neçə nəfərin həlak olduğunu dəqiq müəyyən etmək də mümkün deyil.

Bu məsələlərlə bağlı statistik məlumatları verən bəzi agentliklər isə oxşar qurumları səhv rəqəmlər verdiklərinə görə tənqid edir. Bu tənqid statistikada yer alan rəqəmlərlə əslində həyatını itirən insan sayı arasında necə ciddi fərq olduğunu ortaya qoyur.

Əslində bu rəqəmlərin əhəmiyyəti yoxdur. Çünki ruh sahibi olan bir insanın belə həyatı hər şeyə bərabərdir.

Pislər insanlara qarşı şeytani əməlləri ilə məqsədlərinə nail olmağı hədəf seçərkən, yaxşılar bir nəfərin belə həyatını xilas etmək üçün əllərindən gələnin ən yaxşısını etməlidirlər. Çünki bir nəfərin həyatını xilas etmək, bütün bəşəriyyətin həyatını xilas etməyə bərabərdir.

Elə bu an yaxşıların önə çıxaraq pislərə qarşı güclərini birləşdirmələrinin tam zamanıdır. Kilid ölkələrin liderləri bu şeytani hərəkətləri dayandırmaq üçün yollar müəyyən etmək məqsədi ilə mühüm görüşlər keçirməli və gəldikləri nəticələri mətbuat konfransları, televiziya proqramları, ya da xəbər bülletenləri vasitəsilə çatdırmalıdırlar.

Müsəlman ölkələrin liderləri də eyni şəkildə müsəlmanların həyatını qorumaq üçün birgə bəyanatlar verməlidirlər. Bu çox açıqdır ki, müsəlmanların zəif görünmələrinin və təcavüzə məruz qalmalarının yeganə səbəbi parçalanmış olmalarıdır. Bölgədə güclü birlik təmin olunması müsəlmanlara və ya digər günahsız insanlara zərər vermək istəyənlərə qarşı çəkindirici güc olacaq.

Heç şübhəsiz sonda mütləq yaxşılar qalib gələcək.

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma