Gecikdirmək ancaq küfrü artırır

kufrun artisiGecikdirmək ancaq küfrü artırır… (Tövbə surəsi, 37)

Şeytanın insanların bəzilərinə verdiyi hiyləgər təlqinlərdən biri din əxlaqı ilə yaşamağı ertələməkdir. Şeytanın təlqininə inanan insan sonsuz həyatına təsir edən bu işi yaxın gələcəkdə asanlıqla həll etmək üçün yerinə yetirməyə vaxtı olduğunu düşünür. Bir saat sonra, bir həftə sonra, bir ay sonra, gələn il və ya yaşı bir az da irəlilədikdə edəcəyinə əmin olduğuna görə, Quran əxlaqı ilə yaşamağı ertələyir. Halbuki, uca Allah’ın hər insana dünya həyatında verdiyi möhlət bir gün mütləq sona çatacaq və bu müddətin bir il, bir ay, bir gün sonra, yoxsa indi sona çatacağı ancaq Allah dərgahında məlumdur. Buna görə, din əxlaqı ilə yaşamağı ertələmək böyük qəflətdir.

Bir bilik yarışını düşünün. Yarışda qalib gələnə böyük məbləğdə pul mükafatı veriləcək. Görəsən, iştirakçı yarış zamanı nə edər? Suallara cavab verməyi düşünər, yoxsa ətrafa tamaşa edər? Əlbəttə, sualların cavabını verməyə çalışar. Dünya həyatı da eynilə bu yarış kimidir. Bir gün sona çatacaq və hər canlı mütləq ölümü dadacaq. Elə isə hər insan dünya həyatına aldanaraq boş işlərlə vaxt keçirməməli, ömrünün hər anını, hər saniyəsini Allah rizasına uyğun keçirməlidir. Oxumağa davam et