Dualarda səmimi olmaq

Dua Allahın Rəhman və 4-6Rəhim isminin çox üstün təcəllisi, möminlərə böyük lütfüdür. Çünki insan Allaha dua edərək səmimi imanını, sevgisini və qorxusunu ifadə edə bilər. Yeganə dost və vəli kimi Ona təslim olduğunu, yalnız Ondan mədət umup Ondan kömək istədiyini göstərə bilər. Din əxlaqından uzaq cəmiyyətlərdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha üz tutacaqları halda, bunun üçün vaxt müəyyən etmiş və ya araya vasitəçilər qoymuşlar.

Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz”. (Zümər surəsi, 3) Oxumağa davam et