Allah təəssübkeş deyil, keyfiyyətli gənclik istəyir

  • Keyfiyyətli olmaq nə deməkdir?674072-1366x768
  • Keyfiyyətli gəncliyin xüsusiyyətləri
  • Gənclərimiz niyə keyfiyyətli olmalıdırlar?

Keyfiyyət bir şeyin dəyərlilik, yararlılıq dərəcəsi deməkdir. Nə qədər yaxşı və üstündürsə o qədər də keyfiyyətli, lazımi meyarları nə qədər aşağıdırsa o qədər də keyfiyyətsiz hesab olunur. Eyni zamanda, keyfiyyət insani xüsusiyyətlərdən bəhs edərkən, tərifləyərkən və ya qiymətləndirərkən istifadə olunan bir meyardır. Keyfiyyəti ölçərkən insanın xarici görünüşü, geyim tərzi, təmizliyi, estetika və sənət anlayışı, əxlaqı, mənliyi, davranışı, ədəbi, danışıq üslubu və s. xüsusiyyətləri nəzərə alınır.

Keyfiyyətli gəncliyin xüsusiyyətləri: Oxumağa davam et

Soyğunçuluq hadisələri əxlaqi çöküntünün miqyasını göstərir

static.squarespace.comSon yüz ildir bütün dünyanı əhatə edən böyük bir xəstəlik var. Bu xəstəliyin adı sevgisizlikdir! Materialist təlimlərin insanlara təlqin edilməsi nəticəsində bu xəstəlik cəmiyyətin hər təbəqəsində yayılıb. Sevgisizlik nəticəsində yaranan mərhəmətsizlik və biganəlik əxlaqi çöküntünü də özü ilə gətirir. Xüsusilə son aylarda baş verən soyğunçuluq hadisələri əxlaqi çöküntünün nə qədər böyük olduğunu göstərir. Dünyada insanlar öz ölkələrindəki siyasi vəziyyəti və idarəetmə formalarını tənqid etmək və hüquqlarını müdafiə etmək məqsədi ilə qanuni və ya qeyri-qanuni etiraz aksiyaları və nümayişlər təşkil edir. Lakin nümayişlər zamanı baş verən soyğunçuluq hadisələri bütün insanlığı utandırır. Oxumağa davam et

Bir ayə, bir açıqlama: “Yusif” surəsi, 87

Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər Teenage girl consoling her sad upset friendümidini üzər! (Yusif surəsi, 87)

Ümidvar olmaq Quran əxlaqının bir tələbidir. Namaz qılmaq, oruc tutmaq kimi Allaha ümid bəsləmək də müsəlman üçün fərzdir. Ayədə də möminlərin Allahın rəhmətindən ümidlərini üzməmələri, Rəbbimizin ümidsizliyə düşməyi haram etdiyi, ümidsizliyin kafirlərə xas xüsusiyyət olduğu bildirilir. Qurana əsasən ümidvar olmaq şərtlərdən asılı olmayaraq, kədərlənib narahat olmadan hər hadisənin ən xeyirli şəkildə nəticələnəcəyinə inanıb Allaha təvəkkül etməkdir. Dünya bir imtahan yeridir. Oxumağa davam et