Necə nəfəs alırıq?

imagesHeç vaxt nəfəs alıb-vermə nizamını tənzimləmirsiniz. Çünki bəzi hüceyrələriniz sizin əvəzinizə bunu edir. Əgər tənəffüs nizamını tənzimləmək bizim üzərimizə düşsəydi, nəfəs almağı unutduqda, yuxuya getdikdə və ya başqa işlə məşğul olduqda havasızlıqdan ölərdik.

Hər insan üçün həyati əhəmiyyətə malik tənəffüs prosesini tənəffüs mərkəzi tənzimləyir. Mərcimək dənəsi boyda olan bu mərkəz beynimizin “beyin sapı” adlanan hissəsindədir və üç əsas sinir hüceyrəsi qrupundan təşkil olunmuşdur:

  • Birinci hüceyrə qrupu tənəffüsün əsas ritmini tənzimləyir və havanı içimizə çəkməyimiz üçün əmr verirlər. Beləcə, ehtiyacımız olan havanı qəbul edirik. Oxumağa davam et