Ağıllı Silahlar: Antitellər

Antitellər bədənə daxil olan yad hüceyrələrə qarşı istehsal edilən zülal quruluşlu silahlardır. Bu silahlar immun sistemin əsgərlərindən biri olan B hüceyrələri tərəfindən hazırlanır.

Antitellər işğalçıları təsirsiz hala gətirirlər.Əsas iki vəzifəsi vardır: Birincisi, bədənə daxil olan düşmən hüceyrə ilə (antigenlerlə) birləşmək. İkincisi, birləşdikdən sonra antigenin bioloji quruluşunu pozmaq və onu məhv etmək.

Qanda və hüceyrə ətrafı mayedə olan antitellər xəstəliklərə yol açan bakteriya və ya viruslara birləşirlər. Birləşdikləri xarici molekulları bədənin döyüşçü hüceyrələri üçün işarələyib zərərsizləşdirirlər. Bu, müharibə sahəsindəki düşmən tankının uzaqdan idarə olunan raketlə vurulub zərərsizləşdirilməsinə bənzəyir. Antitel birləşdiyi düşmənə (antigenlər) üç ölçülü quruluşda, eynilə açarla kilid arasındakı uyğunlaşma kimi tam olaraq yerinə oturur.

Orqanizm, demək olar ki, qarşılaşdığı hər düşmənə uyğun antitel istehsal edir. Üstəlik, antitellər tək bir növdə hazırlanmır. Hər düşmənə qarşı onun quruluşuna uyğun, onunla mübarizə apara bilən antitel hazırlanır. Çünki bir xəstəlik üçün istehsal edilən antitel başqa xəstəlik qarşısında çarəsiz qala bilər.

Hər düşmənə uyğun xüsusi bir antitel istehsalı, həqiqətən, fövqəladə haldır və bunun haqqında düşünmək lazımdır. Çünki bu hadisə üçün B hüceyrələrinin qarşılaşdıqları hər düşməni çox yaxşı tanımaları, quruluşunu çox yaxşı bilmələri lazımdır. Təbiətdə isə milyonlarla növdə düşmən (antigen) var.

Oxumağa davam et