Fədakar İnsan Dünyanın Ən Ağıllı və Ən Qazanclı İnsanıdır


Din əxlaqından uzaq həyat tərzi keçirən insanlar arasında fədakarlıq bir növ ağılsızlıq hesab edilir. Onların fikrinə görə, insan öz mənfəətini nə qədər yaxşı güdürsə, bir o qədər ağıllıdır. Ətrafındakı insanların imkanlarından nə qədər çox istifadə edə bilirsə, özündən isə nə qədər az istifadə etdirirsə, insanlara nə qədər az mənfəət verirsə, deməli, bu adam ağlından maksimum istifadə edə bilir.

Əlbəttə ki, bu insanlar yanılırlar. Axirətə inanmayanlar üçün başqa insana mənfəət vermək, onun rahatlığını təmin etmək, üstəlik, bunları özünün rahatlığından keçərək etmək ağılsızlıq kimi qəbul edilə bilər. Ancaq axirətə inanan bir insan bunları yalnız Allahın razılığını qazanmaq üçün edirsə, dünyanın ən ağıllı insanıdır.

Allah hər bir insana təxminən 60-70 illik ömür vermişdir. Bu zamandan ən yaxşı şəkildə istifadə edənlər isə ağıllı insanlardır. Ancaq həyatdan ən yaxşı şəkildə istifadə etmək dünyadan maksimum yararlanmaq demək deyil. Əksinə, güzəştə getməkdir. Əlbəttə, burada əhəmiyyətli olan bunları Allahın razılığını qazanmaq üçün etməkdir.

Din əxlaqına görə yaşamayan cəmiyyətlərdə ətrafındakı insanlara özlərini nümayiş etdirən, var gücləri ilə başqalarını xoşbəxt etmək, onlara daha yaxşı imkanlar vermək, rahatlatmaq üçün çalışan insanlar da var. Ancaq bu insanların hədəfləri Allahın razılığı deyil. Yaxşılıq etdikləri hər insanı sanki bir sərmayə mərkəzi kimi görürlər. Etdikləri hər fədakarlıqla, əvvəl-axır, o insandan bunun əvəzini görəcəklərini ümid edirlər. Onlara fədakarlıq etmə gücünü verən əvəzini alma ümididir. Dostlarına bir hədiyyə alanda, o insanın da ona ən az o miqdarda hədiyyə alacağını ümid edirlər. Bir yoldaşlarını işə düzəldəndə, gələcəkdə o insanın da ona iş düzəldəcəyinə ümid edirlər. Bir qonşularına yemək verəndə qısa müddətdən sonra qonşularının onlara nəsə verəcəyini gözləyirlər. Bu insanlardan umduqları tərzdə əvəz görməsələr belə, onların dostluqlarını qazanmaq bu insanlar üçün əhəmiyyətli mənfəətdir. Əlbəttə, bu sərmayələrin işə yarayacağı və ehtiyac duyulacağı bir günün gələcəyinin qənaətindədirlər. Hətta öz uşaqlarına belə yaxşılıq edəndə yaşlandıqları zaman onların da borclarını ödəyəcəklərinə inanırlar. Uşaqlarını nə qədər yaxşı tərbiyə etsələr, onlara nə qədər yaxşı imkanlar təmin etsələr, karyeralarının yüksəlməsi üçün nə qədər çox səy göstərsələr, gələcəkdə bu imkanların onlara rahat həyat bəxş edəcəyini düşünürlər.

Möminlər isə fədakarlıq gücünü yalnız Allaha olan sevgilərindən, Allaha qarşı duyduqları dərin hörmət və qorxudan alırlar. Allahın sevgisini qazanmaq istəyi möminlərin 24 saat şövqlü və həyəcanlı olmalarını təmin edir. Ən çətin, yorğun, gücsüz olduqları anlarda belə, Allah sevgilərindən aldıqları güclə daha çox fədakarlıq etməyə çalışırlar. Qarşılarına çıxan hər imkanı qiymətləndirməyə çalışırlar. O an fədakarlığı edə bilən başqa insanlar olsa da, onlar xeyirlərdə yarışırlar. Heç bir səbəb axtarmadan belə imkanı başqasına buraxmağı özləri üçün itki hesab edirlər.

Möminin fədakarlığı onun Allahı öz nəfsindən, bədənindən, malından, mülkündən, həyatından və sahib olduğu hər şeydən daha çox sevdiyinin açıq əlamətidir. Belə bir insan Allahın sevgisini qazanmaq üçün heç düşünmədən hər şeyini fəda edəcək gücə sahibdir. Canını, malını, sahib olduğu hər şeyi Allaha təslim etmişdir. Allah Quranda bu əxlaqı göstərən möminləri müjdələmiş və böyük qurtuluş və xoşbəxtliyin ancaq bu şəkildə əldə ediləcəyini xatırlatmışdır:

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma