İki yol, iki məqsəd: itaət, yoxsa üsyan?


İki yol, iki məqsəd: itaət, yoxsa üsyan?

Sədaqətin ən bariz nümunəsi itaətdir. İtaət Quran ayələri ilə əmr edilən vacib ibadətlərdən biridir. Ayələrdə bildirildiyi kimi, bu ibadət həm Allahın rəhmət və mərhəmətinin, həm Cənnətin, həm də inkarçılara qarşı qazanılacaq müvəffəqiyyətin açarıdır.

Unutmaq olmaz ki, itaətə əsaslanan və insana Allahın razılığını, rəhmətini və Cənnətini qazandıran iman yolu tərk edildikdə eqoist həvəsə əsaslanan, dünyada xor və alçaq, axirətdə isə Cəhənnəmlə nəticələnən üsyan yolu seçilmiş olar.

“Eşitdik və itaət etdik”, – demək şərəfdir

Quranda bildirildiyi kimi, “Eşitdik və itaət etdik”, – demək iman gətirən bir insan üçün dünyanın ən böyük ləzzətidir. İnsanı yaradan, doğru yola yönəldən və Cənnəti vəd edən Allaha itaət etmək möminlər üçün ən böyük rahatlıq, ən böyük xoşbəxtlik və ən böyük şərəfdir. Bir çox xeyirə səbəb olan itaətin əhəmiyyətli mömin xüsusiyyəti olduğu bir ayədə belə bildirilmişdir:

Elçi öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi, 285)

Möminlər həmişə itaətli olarlar

Bir sıra kiçik çətinliklərə sinə gərərək itaət etmək iman gətirməyən insanlar tərəfindən də göstərilə bilər. Halbuki, çətinliyə baxmayaraq, qeyd-şərtsiz ortaya qoyulan itaət möminlərə xas xüsusiyyətdir. Quranda bildirilən Talut hekayəsi möminlərin səmimi itaətlərinin və itaətin hikmətinin əhəmiyyətli nümunəsidir:

Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın iznilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 249)

Ayədə bildirildiyi kimi, Allahın elçisi olan Talutun əmrinə itaət etməyənlər gücsüz qalmışdır. İtaətli əxlaqlarından vaz keçməyərək Taluta tabe olan möminlər isə güc qazanmış və Allahın izni ilə az sayda qalmalarına baxmayaraq qalib gəlmişlər.

İtaət insanları əbədi qurtuluşa qovuşdurar

İtaət insanın Allaha iman gətirməsinin və Onun qulu olmasını qəbul etməsinin ən açıq göstəricisidir. İnsanı əbədi qurtuluşa, ehtişamlı sonsuz həyata qovuşduran da ancaq itaətdir.

Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. (Nisa surəsi, 13)

Eqoistlik itaətə mane olur

Eqoistlik şeytanın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir və unutmaq olmaz ki, şeytan Allahın dərgahından eqoistliyinə və itaətsizliyinə görə qovulmuşdur. Şeytanın bu xəstəliyinə tutulan şəxsin də şeytan kimi şüuru bağlanar və Allahın doğru yolundan uzaqlaşar. Beləliklə, Allahın sonsuz gücünü düşünüb qavraması, bu güc qarşısında öz kiçikliyini, acizliyini anlaması və Allaha duyduğu hörmət dolu qorxunun artması qeyri-mümkün olar. Bu da insanın Allahın bildirdiyi din əxlaqını deyil, üsyan yolunu seçməsinə səbəb olar.

O zaman Biz sizinlə əhd bağlayıb dağı (başınızın) üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!”– (deyə əmr etdik). Onlar: “Eşitdik və asi olduq!”– dedilər. (Bəqərə surəsi, 93)

İtaətsizlik gücün itməsinə səbəb olar

Möminlərin inkarçılar üzərində müvəffəqiyyət qazanması Allaha, Rəsula və əmr sahiblərinə itaət etmələrindən asılıdır. Möminlər “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! (Nisa surəsi, 59)” ayəsinə tabe olub itaət etsələr, Allah onları dəstəkləyər və müvəffəqiyyət verər. Ancaq bunun əksi də etibarlıdır. Əgər möminlər əmrə itaət etməsələr, inkarçılar qarşısında güclərini itirərlər. Məqalənin əvvəlində nümunə verdiyimiz Talut hekayəsi bunun ən bariz nümunəsidir.

İtaət etməyənlər əzabla qarşılaşarlar

İtaət əbədi qurtuluşun açarıdır. İtaət etməyən, din əxlaqından, Rəsuldan, əmr sahiblərindən və möminlərdən ayrı yola üz tutan şəxsin yeri isə Cəhənnəmdir:

Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir. (Nisa surəsi, 115)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma