Materializmi elmi cəhətdən məhv edən kəşf: kvant fizikası


kvant fizikasıFiziki kainatın quruluşu ruhun varlığını anlamaq üçün kifayətdir. Mənim kvant mexanikası və ya kvant fizikası nəticəsində ruhun varlığını anladığımı deyə bilərik. Bunlar fiziki dünyanın ardında ruhla əlaqədar bir təməlin olduğunu göstərir. (Kaliforniya Universitetindən məşhur atomar fizik Fred Alan Vulf)

İsaak Nyutonun fikrincə, işıq “korpuskul” adlanan maddə axını idi. Tamamilə zərrəciklərdən ibarət idi. Başqa sözlə, kvant fizikası kəşf edilənə qədər qəbul edilən ənənəvi Nyuton fizikasına əsasən, işıq zərrəcik yığınından ibarət idi. XIX əsr fiziklərindən Ceyms Klark Maksvel isə işığın dalğa formasında olduğunu irəli sürürdü. Kvant fizikası fizikanın bu ən böyük mübahisəsini uzlaşdırdı.

1905-ci ildə Albert Eynşteyn işığın kvantalara, yəni enerji porsiyalarına malik olduğunu irəli sürdü. Bu enerji porsiyalarını foton adlandırdı. Zərrəcik olsalar da, fotonlar 1860-cı illərdə Ceyms Klark Maksvelin iddia etdiyi kimi, dalğa hərəkəti şəklində müşahidə edilirdi. Ona görə işıq dalğa və zərrəcik arasında keçid kimi idi. Ancaq bu vəziyyət Nyuton fizikası üçün ziddiyyət təşkil edirdi.

Eynşteyndən sonra alman əsilli fizik Maks Plank işıq üzərində tədqiqat apararaq işığın həm dalğa, həm də zərrəcik şəklində olduğunu müəyyən etdi və bütün elm dünyasını təəccübləndirdi. “Kvant nəzəriyyəsi” adı altında irəli sürdüyü nəzəriyyəyə görə enerji düz və daimi deyil, qırıq-qırıq, nöqtəvarı porsiyalar şəklində yayılırdı (“quantum” sözü latın dilində “kəmiyyət, miqdar”, fizikada isə “zərrəcik” mənasındadır). Bu fikir  “Plank sabiti” kimi riyaziyyata tətbiq edildi. Kvant səviyyəsində işıq həm maddə, həm də dalğa xüsusiyyəti daşıyır. “Foton”  adlanan maddəni kosmosda həm də dalğa müşayiət edir. Yəni işıq kosmosda yol qət edərkən dalğa kimi, qarşısına maneə çıxdıqda aktiv zərrəcik kimi davranır. Başqa sözlə, işıq qarşısına bir maneə çıxana qədər enerji formasında olur, maneə ilə qarşılaşdıqda isə sanki maddə imiş kimi qum dənəciklərini xatırladan zərrəciklərə çevrilir. Bu nəzəriyyə Plankdan sonra Albert Eynşteyn, Nils Bor, Lui de Broyl, Ervin Şrodinger, Vemer Heyzenberq, Pol Adrian Morika Dirak və Volfqanq Poli kimi elm adamları tərəfindən təkmilləşdirildi. Hər biri bu böyük kəşfə görə Nobel mükafatına layiq görüldü.

Amit Qosvami işığın yeni kəşf edilmiş bu xüsusiyyəti haqqında belə deyir:

İşıq dalğa kimi müşahidə edildikdə eyni anda iki və ya daha çox yerdə ola bilir. Bir çətirin dəliklərindən keçir və yayılır. Ancaq işığı bir fotoplyonkadan  müşahidə etdikdə zərrəciklər kimi qırıq-qırıq, nöqtəvarı olur. Deməli, işıq həm zərrəcik, həm də dalğadır. Ziddiyyətlidir, elə deyil mi? Keçmiş fizikanın sipərlərindən biri: birdən çox şərhə yol verməyən qəti izah. Digər məsələ isə cisim xüsusiyyətidir: işığın xassəsi, yəni işıq nədir? Onu necə müşahidə etdiyimizə bağlıdırmı?

Elm adamları artıq maddənin cansız, kortəbii, naməlum zərrəciklər olduğuna inanmırlar. Başqa sözlə, kvant fizikası materialist məna daşımır. Çünki maddənin kökündə qeyri-maddi bir şey var. Eynşteyn, Filip Lenard və Kompton işığın zərrəcik quruluşunu tədqiq edərkən Lui de Broyl da dalğaların quruluşunu araşdırmağa başladı. Broylun kəşfi isə qeyri-adi idi. Apardığı tədqiqatlar nəticəsində subatom zərrəciklərin də dalğa xüsusiyyəti daşıdığını müşahidə etdi. Elektron, proton kimi zərrəcikləri də dalğa uzunluğu müşayiət edirdi. Yəni materializmin mütləq maddə kimi tərif etdiyi atomun içində materialistlərin inancının əksinə, maddə deyil, əslində, mövcud olmayan enerji dalğaları var idi. Atomun içindəki bu kiçik zərrəciklər eynilə işıq kimi istədikdə dalğa olur, istədikdə zərrəciyə çevrilirdilər. Yəni materialist şərhə əsasən, atomun içində mütləq şəkildə mövcud olan maddə materialistlərin gözlədiklərinin əksinə, bəzən görünür, bəzən də yox olurdu. Bu mühüm kəşf real dünya zənn etdiyimiz görüntülərin kölgə varlıq olduğunu, maddənin fizikadan tamamilə uzaq olduğunu və metafizikaya aid olduğunu göstərirdi.

Fizik Riçard Feynman subatom zərrəcikləri və işıqla bağlı bu maraqlı faktı belə açıqlayır:

“Elektronların və işığın necə davrandığını artıq bilirik. Necə davranırlar? Zərrəcik kimi desəm, səhv fikir formalaşdıraram. Dalğa kimi desəm, yenə eyni şey. Onlar özünəməxsus, bənzərsiz şəkildə hərəkət edirlər. Texniki olaraq buna “kvant mexaniki davranış forması” deyə bilərik. Bu, daha əvvəl gördüyünüz heç nəyə bənzəməyən davranış formasıdır… Bir atom yayın ucundan asılmış, yellənən çəki kimi davranmır. Nüvəni əhatə edən bir bulud və ya duman təbəqəsinə də bir o qədər bənzəmir. Daha əvvəl gördüyünüz heç nəyə bənzəməyən şəkildə davranır. Heç olmasa, belə sadələşdirə bilərik: elektronlar bir növ eynilə fotonlar kimi davranırlar, ikisi də eyni şəkildə əcaibdir. Necə davrandıqlarını qavramaq təxəyyül gücü tələb edir, çünki qavrayacağınız şey bildiyiniz hər şeydən fərqlidir… Bunun səbəbini heç kim bilmir”.

Bir sözlə, kvant mexanikləri maddi dünyanın bir illüziya olduğunu deyirlər. Maks Plank Fizika İnstitutunun rəhbəri professor Hans-Peter Dürr bu həqiqəti belə xülasə edir:

Maddə nədirsə, maddədən təşkil olunmayıb.

1920-ci ildə məşhur fiziklər Pol Diraktan Nils Bora, Albert Eynşteyndən Vemer Heyzenberqə qədər hər kəs kvant təcrübələrinin nəticələrini açıqlamağa çalışdı. Nəticədə, 1927-ci ildə Brüsseldəki Beşinci Solvay Fizika Konqresində bir qrup fizik – Bor, Maks Bom, Pol Dirak, Vemer Heyzenberq və Volfqanq Poli “Kvant mexanikasının Kopenhagen şərhi” adlandırılan razılığa gəldilər. Bu ad qrupa rəhbərlik edən Borun işlədiyi yerin adı idi. Bor kvant nəzəriyyəsinin irəli sürdüyü fiziki reallığın bir sistemə dair bizim sahib olduğumuz informasiya olduğunu və bu informasiyaya əsasən irəli sürdüyümüz təxminlər olduğunu irəli sürdü. Onun fikrincə, bizim beynimizdəki bu təxminlərin xaricdəki reallıq ilə əlaqəsi yoxdur. Yəni içimizdəki dünyanın Aristoteldən bəri fiziklərin diqqətini çəkən xaricdəki real dünya ilə əlaqəsi yox idi. Fiziklər bu rəylə əlaqədar keçmiş fikirlərini bir kənara qoydular və kvant məfhumunun fiziki sistem üzərində ancaq bizim informasiyamızı təmsil etməsi məsələsində həmfikir oldular. Başqa sözlə, bizim qavradığımız maddi dünya ancaq beynimizdəki informasiya ilə mövcuddur. Yəni xarici dünyadakı maddənin əsli ilə əsla təmasda olmuruq.

Cefri M. Şvartz Kopenhagen şərhindən çıxan nəticəni belə ifadə edirdi:

Fizik Con Arçibald Vilerin dediyi kimi, heç bir hadisə müşahidə edilmədən hadisə deyil.

Qısaca desək, kvant mexanikasının bütün ənənəvi şərhi qavrayanın varlığından asılı idi.

Amit Qosvami bu həqiqəti belə tərif edib:

Bunu soruşduğumuzu fərz edək: yuxarıya baxmadıqda da Ay yerində dururmu? Ay, nəticədə, kvant obyekti olduğuna görə (tamamilə kvant obyektlərindən təşkil olunduğuna görə) fizik Devid Merminin də bildirdiyi kimi, buna “xeyr” cavabı verməliyik.

Bəlkə də ən mühüm və uşaqlıqda mənimsədiyimiz ən hiyləgər zənn xarici dünyada mövcud olan obyektlərin maddi dünyasının müşahidə edənlərin formalaşdırdığı obyektlərdən müstəqil olmasıdır. Bu zənnin lehində dolayı sübutlar var. Məsələn, biz Aya baxdıqda onun klassik şəkildə hesablanmış orbitində olmasını gözlədiyimiz yerdə görürük. Təbii olaraq, biz ona baxmasaq da, zaman-məkan anlayışı çərçivəsində ayın mütləq orada olduğunu zehnimizdə canlandırırıq. Kvant fizikası isə buna “xeyr!” deyir. Biz Aya baxmadıqda, nə qədər kiçik miqdarda olsa da, Ayın dalğaları yayılır. Biz ona baxdıqda dalğa dərhal sönür və dalğa artıq zaman-məkan anlayışı içində olmur. İdealist metafizik fərziyyəni qeyd etmək daha anlaşıqlı olar: əgər ona baxan şüurlu varlıq yoxdursa, zaman-məkan anlayışı içində heç bir obyekt yoxdur.

Bu, əlbəttə, bizim hisslər dünyamıza aiddir. Əlbəttə, xarici dünyada Ay var. Lakin biz baxdıqda ancaq Ayın öz hisslər dünyamızdakı varlığı ilə qarşılaşırıq.

Kaliforniya Universitetindən neyrobioloq və psixiatriya professoru Cefri M. Şvartz isə kvant fizikasının göstərdiyi bu faktla bağlı “Zehin və beyin” (The Mind and The Brain) adlı kitabında bu sətirləri yazır:

Kvant fizikasındakı müşahidə güclü şəkildə ifadə edilə bilmir. Klassik fizikada (Nyuton fizikası) müşahidə olunan sistemlər onu müşahidə edən və tədqiq edən şüurun varlığından asılı olmadan bir varlığa malikdir. Ancaq kvant fizikasında ancaq müşahidə nəticəsində fiziki kəmiyyətin həqiqi dəyəri olur.

Cefri Şvartz müxtəlif fiziklərin məsələ ilə bağlı şərhlərini belə xülasələmişdir:

Yakob Bronovskinin “The Ascent of Man” kitabında qeyd etdiyi kimi: “fiziki elmlərin bir məqsədi maddi dünyanın tam görünüşünü verməkdir. XX əsrdə fizikadakı ən böyük uğurlardan biri isə bu məqsədi əldə etməyin mümkün olmadığını sübut etmək oldu”.

Heyzenberqin fikrincə, obyektiv reallıq “buxarlanıb uçub”. 1958-ci ildə bunları etiraf etmişdir:

“Kvant nəzəriyyəsində riyazi cəhətdən formulunu verdiyimiz təbiət qanunları artıq birbaşa zərrəciklərlə əlaqədar deyil, zərrəciklər haqqında məlumatımızla əlaqədardır”.

Bor isə: “Fizikanın vəzifəsinin təbiətin necə olduğunu tapmaq olduğunu düşünmək səhvdir. Fizika təbiət haqqında bizim nə deyəcəyimizlə bağlıdır”, – deyib.

“What the Bleep Do We Know” (Nə bilirik ki?) adlı sənədli filmdəki fiziklərdən Fred Alan Vulf isə bu faktı belə tərif etmişdir:

Cisimləri formalaşdıranlar cisimlər deyil. Cisimləri formalaşdıranlar fikirlər, məfhumlar və informasiyadır.

80 il davam edən, insan zəkasının reallaşdırdığı ən maraqlı və həssas təcrübələrdən sonra qəti və elmi cəhətdən sübut edilmiş kvant fizikasına qarşı heç bir əks-fikir yoxdur. Aparılmış təcrübələrin gətirdiyi nəticələrə qarşı da əks-fikir yoxdur. Kvant fizikası yüzlərlə müxtəlif cəhətdən mümkün olan hər cür təcrübədən keçirilmişdir. Çoxlu elm adamına Nobel mükafatı qazandırmış və hələ də qazandırır. Qəti fakt kimi qeyd-şərtsiz qəbul edilmiş Nyuton fizikasının gətirdiyi ən əsas məfhumu- mütləq maddə məfhumunu aradan qaldırmışdır. Keçmiş fizikanın tərəfdarları maddənin yeganə real varlıq olduğuna inanan materialistlər kvant fizikasının gətirdiyi maddəsizlik faktı qarşısında ümidsizliyə düşüblər. Artıq bütün fiziki qanunları metafizikada axtarmağa məcbur olublar. Bu böyük zərbə XX əsrin əvvəllərində materialistləri hal-hazırda bu sətirlərdə tərif edilməyəcək qədər dolaşdırmışdır. Kvant fiziki Brus Devit və Nil Qraham bu vəziyyəti belə tərif edirlər:

Kvant nəzəriyyəsinin meydana gəlməsindən əvvəl müasir elmin heç bir nailiyyəti insan düşüncəsində bu qədər dərin iz qoymamışdır. Əsrlər ərzində formalaşmış düşüncə qəliblərindən əziyyət çəkən bir nəsil əvvəlki fiziklər yeni metafizikaya üz tutmalı olublar. Bu yeni istiqamətin yol açdığı sıxıntı dövrümüzə qədər davam edib. Fiziklər ciddi itki ilə üzləşiblər: reallığa olan bağlılıqları ilə.

Materializmi elmi cəhətdən məhv edən kəşf: kvant fizikası” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma