Quranda günəşlə bağlı bildirilən möcüzələr


Quranın Allah`ın sözü olduğunu sübut edən möcüzəvi xüsusiyyətlərdən biri Quranın nazil edildiyi dövrdə bilinməsi mümkün olmayan imageselmi həqiqətlərin Quranda xəbər verilməsidir. Günəş haqqında Quranda diqqət çəkilən faktlar Quranın bu möcüzəvi xüsusiyyətlərindən biridir.

Günəş mərkəzli sistem

(Allah) göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, qüdrətlidir, bağışlayandır. (Zumər surəsi, 5)

Ayədə gecə ilə gündüzün əmələ gəlməsi üçün Yerin hərəkəti əmmamənin sarılması kimi “yuvarlaq cismi bürüyüb örtmək” mənasını verən “təkvir” feilindən törəmiş “yükəvviru” sözü ilə tərif edilir. Bu söz yerin kürəvi forması ilə yanaşı, Günəşin ətrafındakı hərəkətini də doğru ifadə edir. Yerin kürəvi forması və öz oxu ətrafında fırlanmasına görə, Günəş həmişə Yerin bir tərəfini işıqlandırır, digər tərəfi isə kölgədə qalır. Kölgədə qalan tərəf gecə qaranlıqla örtülür və sonra Yerin Günəşə tərəf çevrilməsi ilə gündüz gecəni əvəz edir. “Yasin” surəsində isə Günəşlə Ayın mövqeyi belə bildirilir:

Günəş də özü üçün müəyyən olunmuş yerdə axıb gedir. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allah`ın təqdiridir. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (tədricən) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 38-40)

Yasin surəsinin 40-cı ayəsində Günəşlə Ayın hərəkətləri “üzüb getmək, axmaq, gəzmək” mənalarını verən ərəbcə “yəsbahunə” sözü ilə tərif edilir. Bu söz insanın təkbaşına etdiyi hərəkət mənasını verir. Bu hərəkəti tətbiq edən şəxsin başqa birisinin müdaxiləsi olmadan təkbaşına işinə davam etməsi deməkdir. Yuxarıdakı ayələrdə də Günəşin heç bir göy cisminə bağlı olmayan kainatdakı müstəqil hərəkətinə diqqət çəkilə bilər (doğrusunu Allah bilir). Günəşin hərəkətini gözlərimizlə görə və ya izləyə bilmərik. Bu hərəkəti müəyyən etmək ancaq xüsusi texnoloji alətlərin köməyi ilə mümkündür. Günəş öz oxu ətrafında 26 günlük dövr etməklə yanaşı, “Yasin” surəsinin 39-cu ayəsində bildirildiyi şəkildə, kosmosda öz orbitində də dayanmadan hərəkət edir.

Ayədə, eyni zamanda, Günəşin Aya çatmasına izin verilmədiyi bildirilir, beləcə, Quranda kosmoloqların terminologiyası ilə Günəşlə Ayın eyni cisim ətrafında fırlanmadıqları xəbər verilir. Habelə, ayədə gecə ilə gündüzü əmələ gətirən hərəkətlə Günəş və Ayın hərəkətində heç bir əlaqə olmadığı açıqlanır (doğrusunu Allah bilir).

XVI əsrə qədər elm dünyası Yerin kainatın mərkəzində olduğunu düşünürdü. Hətta bu fikir qədim yunanlarda geo (Yer) və centron (mərkəz) sözlərinin birləşməsindən ibarət “geosentrik model” adlandırılırdı. Bu inanc məşhur astronom Nikolay Kopernikin 1543-cü ildə nəşr etdirdiyi “Göy kürələrinin fırlanması haqqında” (De Revolutionibus Orbium Coelestium) adlı əsərində Yerin və digər planetlərin Günəşin ətrafında fırlanması fikrini ortaya atması ilə təkzib edildi.

Lakin 1610-cu ildə Qalileo Qalileyin teleskopla müşahidələri nəticəsində Yerin, əslində, Günəşin ətrafında fırlandığı elmi cəhətdən əsaslandırıldı. Bu dövrə qədər Günəşin Yerin ətrafında fırlandığına inandıqlarına görə, dövrün alimlərinin çoxu Kopernikin nəzəriyyəsini qəbul etməmişdilər. Məşhur astronom İohan Keplerin planetlərin hərəkətlərini açıqlayan fikirləri ilə XVI və XVII əsərlərdə heliosentrik kainat modeli qəbul edildi. “Helios” (günəş) və “centron” (mərkəz) sözlərinin birləşməsindən əmələ gələn bu modeldə kainatın mərkəzində Yer deyil, Günəş dayanır. Digər göy cisimləri Günəşin ətrafında hərəkət edirlər. Halbuki, Quranda bu fakt bundan 14 əsr əvvəl bildirilib.

Antik yunan kosmoloqlarından Klaudio Ptolomey kainatın mərkəzinin Yer olduğunu deyərək əsrlərlə qəbul edilmiş yer-mərkəzli (geosentrik) kainat fikirlərinə mənbə təşkil etmişdi. Ona görə, Quranın nazil edildiyi dövrdə gecə-gündüzün əmələ gəlməsini Günəşin hərəkətləri ilə açıqlayan yer-mərkəzli nəzəriyyənin doğru olmadığı bilinmirdi. Əksinə, bütün ulduz və planetlərin Yerin ətrafında fırlandığı qəbul edilirdi. Dövrün yanlış elmi düşüncəsinə baxmayaraq, Quranda müasir elmi faktlarla uyğunluq təşkil edən bir çox ifadə var. “Şəms” surəsində belə bildirilir:

And olsun günəşə və onun saçdığı şəfəqə! And olsun (günəşin) ardınca çıxan aya; and olsun onu (günəşi) parlaq edən gündüzə; and olsun onu (günəşi) örtən gecəyə; (Şəms surəsi, 1-4)

Yuxarıdakı ayələrdə bildirildiyi kimi, gündüz – Günəşin parlaqlığı – Yerin hərəkəti ilə meydana gəlir. Gecə ilə gündüzü əmələ gətirən hərəkət Günəşin hərəkəti deyil. Başqa sözlə, gecə ilə gündüzə nisbətən Günəş sabitdir. Quranda bildirilənlər Yerin sabit olub Günəşin onun ətrafında fırlandığını müdafiə edənlərin iddialarını əsassız etmişdir. Quranın zaman və məkandan asılı olmayan, bütün elmlərin sahibi olan Rəbbimizin dərgahından endirildiyi açıq-aşkar həqiqətdir:

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır.  (Bu Quran) uydurulmuş bir söz deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

Günəş müəyyən müddətdən sonra sönəcək

Günəş də özü üçün müəyyən olunmuş yerə axıb gedir. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allah`ın təqdiridir. (Yasin surəsi, 38)

Günəşin səthində təqribən 4 milyard ildir fasiləsiz baş verən kimyəvi reaksiyalar nəticəsində günəş işığı mütəmadi əmələ gəlir. Gələcəkdə, Allah`ın izni ilə, müəyyən bir andan sonra bu reaksiyalar sona çatacaq, günəş enerjisini itirərək tamamilə sönəcək. Buna əsasən, yuxarıdakı ayədə də Günəşin enerjisinin bir gün sona çatacağına işarə edilə bilər (doğrusunu Allah bilir).

Ayədəki “mustakarrin” sözü müəyyən edilmiş yer və ya zaman mənasını verir. “Axıb gedir” şəklində tərcümə edilmiş “təcri” sözü isə “hərəkət edir, tələsir, dövr edir, yol tutur, axır” mənalarını verir. Sözlərin mənalarından Günəşin müəyyən dayanacaq nöqtəsi olan məkana və zamana doğru hərəkət etdiyini, ancaq bu hərəkətin əvvəlcədən müəyyən edilmiş vaxta qədər davam edəcəyi başa düşülür. Qiyamət günü ilə bağlı ayələrdəki “Günəş sönəcəyi zaman” (Təkvir surəsi, 1) ifadəsi ilə belə bir zamanın gələcəyi bildirilir. Həmin vaxt isə Allah dərgahında bəllidir.

Ayədə Allah`ın “təqdiri” şəklində tərcümə edilmiş “təqdiyru” sözü isə “təyin etmək, qədərini (müqəddəratını, taleyini) müəyyən etmək, hökm etmək, ölçüb-biçmək, nizamlamaq, ölçü ilə etmək” mənalarını verir. “Yasin” surəsinin 38-ci ayəsindəki bu ifadə ilə də Günəşin ömrünün Allah`ın təyin etdiyi müddətdən ibarət olduğu bildirilir. Quranda bu mövzu ilə bağlı digər ayələrdən bəziləri belədir:

Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da ərşə ucalan, müəyyən vaxta qədər hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allah`dır. O, işləri yoluna qoyur və ayələrini izah edir ki, bəlkə, Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. (Rəd surəsi, 2)

O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu, sizin Rəbbiniz olan Allah`dır. Mülk Onundur. Sizin Ondan başqa ibadət etdikləriniz xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. (Fatir surəsi, 13)

(Allah) göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən bir müddətədək hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır! (Zumər surəsi, 5)

Yuxarıdakı ayələrdə işlənən “musəmmən” sözü ilə də Günəşin hərəkət müddətinin müəyyən olduğu bildirilir. Günəşin sonu ilə bağlı elmi mənbələrdə Günəşin hər saniyə 4 milyon ton maddə yandıraraq enerjiyə çevirdiyi, bu yanacaq qurtardıqda Günəşin ömrünün sona çatacağı tərif edilir.

Günəşdəki hidrogen nüvələrinin termonüvə reaksiyası ilə birləşərək heliuma çevrilməsi nəticəsində Günəşdən gələn istilik və işıq əmələ gəlir. Ona görə, Günəşin enerjisi – eləcə də ömrü bu yanacağın qurtarması ilə sona çatacaq (doğrusunu Allah bilir). BBC Xəbər Mərkəzinin elmi guşəsində “Günəşin ölümü” başlıqlı xəbərdə belə bildirilir:

“… Günəş yavaş-yavaş öləcək. Bir ulduzun nüvəsi içinə çökərkən tədricən tərkibindəki helium atomlarını alışdıraraq istilik əldə edir. Helium atomları termonüvə reaksiyası ilə birləşərək karbon əmələ gətirirlər. Helium mənbələri tükəndikdə nüvə yenidən çökəcək və atmosferi partlayacaq. Günəş nüvəsini üçüncü dəfə alışdıracaq qədər böyük kütləyə malik deyil. Ona görə, genişlənməkdə davam edəcək və atmosferini bir sıra ardıcıl partlayış nəticəsində itirəcək… Quruyan nüvəni, nəticədə, ağ cırtdan əvəz edəcək. Karbon və oksigendən meydana gələn, Yer kürəsi böyüklüyündə kürəvi almaz kimidir. Bundan sonra Günəş tədricən solacaq, işığı getdikdə qaralacaq və nəhayət tamamilə sönəcək”.

Elm adamları Günəşin quruluşunu və içində baş verən prosesləri ancaq son əsrlərdə kəşf ediblər. Bundan əvvəl, Günəşin enerjisini haradan aldığı, Günəşin necə işıq və istilik yaydığı elmə məlum deyildi. Quranda 14 əsr əvvəl bu qədər nəhəng kütlənin enerjisinin tükənərək bir gün sona çatacağının bildirilməsi üstün bir elmin varlığını göstərir. Hər şeyi ehtiva edən bu elm uca Rəbbimizin elmidir. Quranda bir ayədə belə bildirilir:

… Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız? (Ənam surəsi, 80)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma