Bitkilər də hesablama aparır


indexKələmçiçəyikimilər fəsiləsindən olan, tez-tez rast gəlinən arabidopsis bitkisi üzərində tədqiqat aparmış ingilis elm adamları  30 sm-ə qədər böyüyə bilən, ağ çiçəkli bu bitkinin yarpaqlarındakı kimyəvi mexanizmlər vasitəsilə gecə sərf etdiyi qida miqdarını hesabladığını aşkar ediblər. Bitkilər aləmində bu qədər qabaqcıl hesablama nümunəsinə rast gəlməyin çox təəccüblü olduğuna diqqət çəkən “John Innes” Mərkəzinin tədqiqatçıları günəş şüalarının köməyi ilə karbonu nişasta və digər yüksək enerjili karbohidratlara çevirən bitkinin hər gecə günəş doğana qədər lazımi qədər qida ehtiyatları olub-olmadığını hesabladığını deyirlər. Professor Elison Smit (Alison Smith) bitkinin bunun üçün bölmə əməliyyatından istifadə etdiyini bildirib. Bitkinin yarpağındakı kimyəvi mexanizmlərin gecələr qida ehtiyatını ölçdüyünü qeyd edən Smit prosesi belə açıqlayır:

“Bitkilərin də bizim orqanizmimizdəki bioloji saata bənzəyən daxili saatları var. Hesablama əməliyyatı ayrıca qida və vaxt üçün olmaqla iki cür molekul ilə həyata keçirilir. Bitki qida sərfini müəyyən etmək üçün qida molekulunun dəyərini zaman molekulunun dəyərinə bölür. Beləliklə, gecə üçün lazımi miqdarda qida ehtiyatının olub-olmadığını hesablayır”.

Daha əvvəl də quşların köç zamanı yağ səviyyəsini qorumaq üçün bənzər metoddan istifadə etdikləri kəşf olunmuşdu.

Yeni əqrəb növü kəşf edilib

Yeni tapılmış əqrəb növü Ekvadordakı zəngin biomüxtəlifliyə malik And dağları bölgəsində yaşayır. Ən böyük əqrəb ailəsi olan buthidae ailəsinin tityus cinsinə mənsub yeni əqrəb növü tityus (Atreus) crassicauda adlandırılıb. Tityus (Atreus) crassicauda bədəninin böyük hissəsi qəhvəyi rəngə çalan, qırmızı rəngli gövdəsi və sarı rəngli bölgələrlə bir-birindən ayrılmış üç özünəməxsus qəhvəyi zolaqla digər növlərdən fərqlənir. Nə qədər orta böyüklükdə əqrəb növü kimi təsnif olunsa da, növün uzunluğu 5 sm-ə çatır. Adını yunan miflərindəki nəhəng tityosdan alan tityus cinsinə mənsub 200-dən çox əqrəb növü var. Buthidae ailəsində ən çox növü əhatə edən bu cinsin 3 sm-dən qısa kiçik növləri ilə yanaşı, boyu 12 sm-ə çatan böyük növləri də var. Yer üzündəki bütün əqrəb növləri kimi zəhər vəzləri olan tityus əqrəbləri buthidae ailəsinə mənsub digər bir  çox əqrəb cinsi kimi insanları öldürəcək gücdə zəhər ifraz edirlər. Yeni əqrəb növü haqqında dr. Uilson R. Lourensonun rəhbərliyi altındakı tədqiqat qrupu tərəfindən aparılan elmi tədqiqat “Zookeys” adlı elmi jurnalda dərc olunub.

Orqan yeniləmə (regenerasiya) mexanizminin sirri açılır

Elm adamları bəzi səməndər növlərinin qopan bədən üzvlərini digər növlərdən sürətli necə bərpa etdikləri ilə bağlı mühüm məlumatlar əldə ediblər. Bioloqlar heyvanlar aləmində ən çox diqqət çəkən bu xüsusiyyətin genetik amillərlə əlaqədar olduğunu bildirirlər. Qopan qol və ayaqları ilə yanaşı, daxili orqanlarını belə yeniləyən bəzi suda-quruda yaşayan heyvanların sirlərini üzə çıxarmağa çalışan elm adamları yeni mühüm kəşflər ediblər. Bəzi səməndər növləri çox az yara izi qalacaq şəkildə orqanlarını bərpa edirlər. Digər növlər isə eyni prosesi daha yavaş həyata keçirirlər. Habelə, bəzi növlərin orqanlarını bərpa etmə qabiliyyəti tədricən itir. Uzun illər səməndərlər üzərində tədqiqatlar aparan və orqan yeniləmə xüsusiyyətinin insanlara da tətbiq edilməsinin mümkün olub-olmayacağını araşdıran elm adamları səməndər növləri arasındakı fərqləri müəyyən edərək orqan yeniləməyi təmin edən mexanizmin sirrini açmağa çalışırlar.

Sirr genlərdə gizlidir

ABŞ-ın Kentukki Universiteti Biologiya və Onurğa ilə Beyin Zədələnməsi Tədqiqat Mərkəzindən olan tədqiqatçılar səməndərlərin quyruqlarının yenilənməsinə genetik kodların təsiri olduğunu irəli sürürlər. iO9 saytındakı xəbərə əsasən, 200-dən çox səməndərin quyruqlarının yenidən böyüməsini müşahidə edən və genomlarını müqayisə edən elm adamları quyruğun morfologiyası və inkişafında genetik amillərin rolu olduğunu müəyyən ediblər. Səməndərlərin orqan bərpa etmə qabiliyyəti üzərində tədqiqatlar aparan S.Randal Vosun (S.Randal Voss) rəhbərliyi altında aparılan və “PloS ONE” jurnalında bu yaxınlarda dərc olunan tədqiqatın nəticələrində: “Yara olan bölgədə yenidən çıxan quyruğun uzunluğu yeniləyici böyümədəki fərqləri üzə çıxarır”,  – qeyd olunub. Quyruğun uzunluğu və eninin genetik faktorlardan asılı olduğu, əsas amilin “ambysex” adlanan cinsiyyəti müəyyən edən DNT-dəki nukleotidlərin düzülüşü olduğu bildirilib.

Tədqiqatın nəticələrinə dair məqalədə: “Səməndərlərin yeniləyici xüsusiyyətləri təqribən 300 ildir tədqiq olunsa da, bəzi mühüm suallar cavabsız qalmışdı”, – deyən tədqiqatçılar qeyd edirlər ki, yeniləyici böyümənin ardındakı amilin aşkar edilməsi üçün hüceyrələrin, toxumaların və molekulların kəmiyyət təsiri tədqiq olunmalıdır.

Əslində, elm adamlarının araşdırdığı sualın cavabı yaradılışdır. Uca Allahın yaratdığı bu canlıda Allahın yaratdığı bütün sistem və xüsusiyyətlərin hamısı eyni anda, tam şəkildə mövcud olmalıdır. Biri olmasa, həmin sistem işləməz. Bunu həmin canlının hüceyrələrinin DNT-sində şifrləyən həmin canlıya sonsuz yaratma gücü ilə istədiyi xüsusiyyətləri verən aləmlərin yaradanı olan uca Rəbbimizdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma