Soyğunçuluq hadisələri əxlaqi çöküntünün miqyasını göstərir


static.squarespace.comSon yüz ildir bütün dünyanı əhatə edən böyük bir xəstəlik var. Bu xəstəliyin adı sevgisizlikdir! Materialist təlimlərin insanlara təlqin edilməsi nəticəsində bu xəstəlik cəmiyyətin hər təbəqəsində yayılıb. Sevgisizlik nəticəsində yaranan mərhəmətsizlik və biganəlik əxlaqi çöküntünü də özü ilə gətirir. Xüsusilə son aylarda baş verən soyğunçuluq hadisələri əxlaqi çöküntünün nə qədər böyük olduğunu göstərir. Dünyada insanlar öz ölkələrindəki siyasi vəziyyəti və idarəetmə formalarını tənqid etmək və hüquqlarını müdafiə etmək məqsədi ilə qanuni və ya qeyri-qanuni etiraz aksiyaları və nümayişlər təşkil edir. Lakin nümayişlər zamanı baş verən soyğunçuluq hadisələri bütün insanlığı utandırır.

Bu utancın bir nümunəsi isə keçən ay Braziliyada baş verdi. Keçən il iyun ayında başlayan hadisələrdə xalq, mövcud iqtisadi böhrana və hökumətin sosial siyasətinə etiraz etdi. Xüsusilə Dünya Kuboku Braziliyada keçirildiyindən xalq küçələrə axın etməyə başladı. Braziliya xalqının bir hissəsi büdcədəki pulun dövlət qulluğuna xərclənməsi lazım olduğu halda, həmin pulun dünya çempionatına xərclənməsinin yanlış olduğunu düşünür.

http://www.bbc.co.uk/turkce/haberler/2014/05/140516_brezilya_gosteri.shtml

Bu nümayişlər zamanı bir çox soyğunçuluq hadisələri baş verdi. Polislər tətil etdiyinə görə ictimai təhlükəsizlik zəiflədi və günün günorta çağı ölkədə mağaza və dükanlar talan edildi. Soyğunçuluq cəhdlərinə qarşı tədbir almağa çalışan hökumət, hadisələrin baş verdiyi bölgələrə hərbi qüvvələr yeritdi.

http://www.cnnturk.com/haber/dunya/brezilyada-polis-greve-cikti-dukkanlar-yagmalandi

Əslində bu talama hadisələri bütün dünyada əxlaqi çöküntünü anlamaq və deşifrə etmək üçün olduqca vacib nümunədir. Keçmişdə bir çox ölkədə qarışıqlıq mühitlərində, texnikanın çatışmazlığı və təhlükəsizliyin təmin edilə bilmədiyi hallarda soyğunçuluq və talama hadisələrinin baş verdiyi məlumdur.

Amerika və Kanadada 2003-cü ildə böyük miqyasda elektrik enerjisinin verilməsində problem baş vermişdi. Nyu York, Detroyt, Klivlend, Ottava və Toronto kimi böyük şəhərdə işıqların sönməsi həyatı sanki iflic etdi. Gün batdıqdan sonra təhlükəsizlik tədbirlərinin zəifləməsi ilə birlikdə bir çox soyğunçuluq hadisəsi baş verdi. Daha dəhşətlisi isə 1977-ci ildə baş vermişdi.

13 iyul 1977-ci ildə Nyu Yorkda 25 saat işıqlar sönmüşdü. İşıqlar kəsildikdən on dəqiqə sonra Bronks, Manhetten, Bruklin və Harlemdə talanmayan heç bir mağaza qalmamışdı. Yemək, geyim, mebel mağazaları talan edilmiş və soyğunçuluq hadisələri o gecə və növbəti gün işıqlar yanana qədər davam etmişdi. Nəticədə 1 milyard dollarlıq ziyan dəymiş, iki nəfər ölmüş və 3700-dən çox soyğunçu həbs edilmişdi.

http://arsiv.ntvmsnbc.com/news/229027.asp

Argentinada da 2013-ci ildə polislər tətil etdiyindən ölkə daxilində böyük soyğunçuluq hadisələri baş vermişdi. Polisin 23 şəhərdən 17-sində tətil etməsi səbəbindən soyğunçuluq hadisələrində yüzlərlə adam yaralanmış, ölkə iqtisadiyyatına böyük ziyan vurulmuşdu.

http://www.bbc.co.uk/turkce/haberler/2013/12/131210_arjantin_yagma.shtml

Argentina və Braziliyadakı hadisələrə bənzər bir hadisə də 2011-ci ildə İngiltərənin London şəhərində baş verdi. 29 yaşlı zəncinin öldürülməsi ilə birlikdə bir çox hadisələr baş verdi və çıxan qarışıqlıqda bir sıra böyük mağazalar talan edildi. Londonun cənubunda yerləşən Notting Hill və Ealing kimi varlı məhəllələr talan edildi və yağmalandı.

http://www.hurriyet.com.tr/planet/18446329.asp

Əxlaqi çöküntünün fərqli bir nümunəsi isə ötən illərdə Filippində baş verdi. 2013-ci ildə baş verən tayfundan sonra bir çox market və xeyriyyə cəmiyyətlərinin anbarı talandı. Maraqlı cəhət isə  baş verən hadisələrlə bağlı verilən açıqlamalarda talamaya çarəsizlik, aclıq, susuzluğun səbəb olması kimi məntiqsiz izah verilməsi idi.

http://www.turkiyegazetesi.com.tr/dunya/101682.aspx

Baş verən hadisələrə baxdıqda çox acınacaqlı səhnə ilə qarşı-qarşıa qalırıq. Amerika, İngiltərə, Kanada kimi ölkələr müasirlik, sülh, ədalət, təhlükəsizlik deyildikdə barmaqla göstərilən ilk ölkələr arasındadır. Ancaq ən xırda bir qarışıqlıqda və ya təhlükəsizliyin zəiflədiyi hallarda qanunlar pozulur. Hərbi gücün kifayət qədər olması, texniki imkanların kifayət qədər inkişaf etməsi oğurluq, soyğunçuluq, talama kimi hadisələrin qarşısını ala bilmir.

Talama hadisələrinin baş verdiyi ölkələrdəki hadisələr səbəb-nəticə əlaqəsi çərçivəsində dəyərləndirilir. Aksiyalar, təbii fəlakətlər və ya texniki problemlər baş verən zaman bu tip qanunsuz hadisələrin baş verməsinin normal olduğu kimi çox yanlış fikir mövcuddur. Çarəsizliyin, aclığın, susuzluğun bu tip hadisələrə səbəb olduğu söylənərək materilaist təhlillər edilir və bu kimi hallar istəyərək və ya istəməyərək normal kimi qəbul edilir. Lakin qanunsuz olan bu hadisələrin mənəviyyat azlığından və sevgisizlikdən qaynaqlandığı dilə gətirilmir.

Halbuki, Allah insanlara ədalətli, sevgi dolu, mərhəmətli, səbirli, ağıllı olmağı tövsiyə edir. Allah’ın əxlaqı ilə yaşayan bir insan aclıq, susuzluq və çarəsizlik anında heç bir zaman başqasının malını talan etməz. Baş verən hadisələri və qarışıqlığı fürsət olaraq dəyərləndirməz və başqalarının əşyalarını oğurlamaz. Bunun Allah qatında böyük günah olduğunu bilər.

Bütün insanlara bir Yaradacının var olduğu və insanların öldükdən sonra bütün etdiklərindən hesaba çəkiləcəyini izah etmək lazımdır. Allah sevgisinə bağlı olaraq cəmiyyətlərdə insan sevgisi də yayılacaq və bu tip əxlaqsız hadisələr heç vaxt yaşanmayacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma