Vətəndaş müharibəsinin digər bir üsulu: aclığa tərk etmək


CWDd5QAWoAES9pKMüharibə hər cür dəhşətli hadisənin etinasızca həyata keçirildiyi kriminal mühitdir. Müharibə hüququ və müharibə əxlaqı kimi terminlər bu cinayəti yüngülləşdirən izahlar kimi görünsə də əslində insan öldürməyin heç bir hüquqi tərəfinin olmadığı gerçəyini aradan qaldırmır. Bu həqiqətə baxmayaraq, 21-ci əsr müharibənin nə qədər azğınlaşacağını, nə qədər əxlaqsızlaşıb zalımlaşacağını, insanları necə ruhsuz və vicdansız hala gətirəcəyini bütün dünyaya kifayət qədər nümayiş etdirdi.

Tolstoyun müharibə ilə bağlı bir sözü müharibələrdə insanlar ölərkən digərlərinin nələr hiss etdiklərini maraqlı formada açıqlayır:

«Müharibə hər zaman diqqətimi cəlb etmişdir. Burada böyük generallar tərəfindən edilən manevrlər mənasındakı müharibə yox, müharibənin reallığı, insanı birbaşa olaraq öldürmək idi diqqətimi çəkən. Austerlits və Borodinodaki orduların necə təşkil edildiyindən çox, bir əsgərin digərini necə və hansı hissin təsiri altında öldürməsi diqqətimi çəkirdi».

Çox yox, bəlkə on il əvvəl ölkələrindən qaçan insanların sərhədlərdə gözlədiləcəyini, sahillərə uşaq cəsədlərinin vuracağını, süngərdən hazırlanmış xilasedici jiletlərlə aldadılan yüzlərlə miqrantın dənizlərdə boğulmağa tərk ediləcəyini, bütün dünyanın bunu yalnız təəssüflə seyr edəcəyini xəyal belə etmirdik. Psixopat diktatorun qərarı kimi tarixə düşmüş Hələbcə qətliamının təkrarının bir daha baş verməyəcəyini güman etmişdik. Ta ki Qutada faciə baş verənə kimi. İnsanların evlərinə, xəstəxanalarına, məktəblərinə, çörək sexlərinə, bazarlara raket atmaq bildiyimiz müharibənin bir hissəsi deyildi. Lakin 21-ci əsr müharibələrində hədəflər demək olar ki, ancaq mülki şəxslər oldu. Çünki bu müharibələr qəddarlığın artıq sərhəd tanımadığı, insanlığın  itirildiyi bir şəraitdə baş verir.

İnsanları acından öldürmək zalımlığın çatdığı son nöqtədir sizcə? Yərmuqda insanlar aclıqdan ölümə tərk edildikdə gözlərimizə inanmamışdıq. Ancaq azğın müharibənin hökm sürdüyü Suriyada bu dəhşətli işgəncə adət halına gəlmişdi. Madayada aclıqdan baş verən ölümlər bu yaxın günlərdə xoşbəxtlikdən mətbuat yolu ilə insanların diqqətini çəkdi. Aclıqla boğuşan bu bölgə əslində 7 aydır ki, daxildən müxalifət qruplarının, xaricdə isə Hizbullah və rejim qüvvələrinin blokadası altında idi. Təəssüflər olsun ki, dünyanın diqqətini çəkməsi üçün insanların aclıqdan ölməyə başlaması lazım idi.

Regionda yaxın dövrə kimi bir kilo şəkər 60 min Suriya lirəsi (təxminən 145 dollar), bir litr duru yağ 70 min Suriya lirəsi (təxminən 170 dollar), bir kilo düyü də 40 min Suriya lirəsinə (100 dollar) satılırdı. Lakin regionda artıq bu ərzaqlar da qalmayıb. Xalqın otları qaynadaraq yemək hazırlamaq səylərini mətbuatdan izləmişdik. Ancaq otların bəzən qarla örtülməsi, son qalan yemək imkanını da aradan qaldırıb. Bu günlərdə bölgəyə çatan BMT-nin yardımlarının ümid edirik ki, ardı kəsilməz.

Ətraf kəndlərdə də vəziyyət fərqli deyil. Bu günlərdə yardım çatmış olsa da, İdlibin təxminən 7 kilometr şimalındakı Kefraya və Foah adlı şiə kəndlərində vəziyyət pisdir. Suriyanın bir çox bölgəsi əslində xəbər ala bilmədiyimiz dəhşətli faciələrə şahid olur. Bir şahidin təəssüratları və ya oradan sızan bir fotoşəkil aylar sonra dəhşətli işgəncələrin miqyasını təsdiqləyir. Madaya və ətraf kəndlərə humanitar yardım aparan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Pavel Krzysiek yolda çox sayda insan gördüyünü bildirir: (www.dailystar.com.lb/news/middle-east/2016/jan-12/331423-aid-reaches-besieged-syria-communities.ashx): “Bəziləri bizə gülümsəyir, bəziləri əl sallayırdı. Amma bir çoxu həqiqətən çox xəstə idi”.

Belə faciələrə biganə qalmaq dünyada bir çox insan üçün adiləşməyə başlayıb. Sosial mediada yedikləri ehtişamlı yeməkləri bölüşənlərin bir qisminin bəlkə də bu dəhşətli faciədən xəbəri belə yoxdur. Bəlkə də özlərindən uzaq olduğu üçün o qədər də əhəmiyyət vermirlər. İnsan haqları dedikdə artıq nəyi müdafiə etdiyini belə xatırlamaqda çətinlik çəkənlər, dünyaya bütün insanların bərabər olduğu və hər bir insanın yaşamaq hüququ olduğu mesajını verməyə çalışırlar. Problem odur ki, bəziləri hər bir insanın yaşamaq hüququ olduğuna onsuz da heç bir zaman inanmadı. Onların yanlış məntiqinə görə, müharibə əzilənlərin ələnməli olduğu təbii seçmə şəraitidir. Buna görə də onlar üçün ələnməyə “layiq olan” bir insanın dənizdə boğularaq, bazarda bombalanaraq və ya ac qalaraq ölməsi o qədər də fərq etmir.

Nə koalisiyalar, nə beynəlxalq konfranslar, nə də humanitar yardımlar bizə gözlədiyimiz nəticəni vermir. Başqa bir strategiya izləmək lazımdır. Ortada müharibədən daha böyük problem var: insanlığın unudulması. Dolayısilə həll yolu başqa qoldan olmalıdır.

İlk öncə ifşa etmək lazımdır. Bir zülm ifşa edildikdə, onun mövcudluğuna böyük zərər vurulmuş olur. İyul ayından etibarən aclığa tərk edilən bölgələrdə baş verənlərin ifşa edilməsi gec də olsa ora yardımların getməsini təmin etdi. Hadisənin əsl səbəbkarları məsuliyyəti kağız üzərində də olsa boyunlarına götürməkdən çəkindi. Bu, bəlkə sonrakı zülmləri dayandırmır, amma beynəlxalq cəmiyyətin reaksiyası qəddarlığın qarşısını azacıq da olsa ala bilər.

Görüləcək ikinci mühüm məsələ isə insanların həmin regionlardan təcili surətdə çıxarılması üçün tərəflərlə danışıqlar aparmaqdır. Mülki şəxslərin qorunması məsələsi bütün dünyanı maraqlandıran insan hüquqları problemidir. Bunu daxili məsələ kimi qoyub lazımi tədbiri almamaq, bu faciənin bir hissəsi halına gəlmək deməkdir. Lazım gələrsə, Rusiyanın dəstəyini alaraq vətəndaşların bölgədən sağ-salamat keçidini təmin edən və ən yaxın sərhəd ölkə olan Livana çatdıracaq bir proqramı dərhal tətbiq etməyə başlamaq lazımdır.

Ən mühüm vəzifəmiz isə insanlara unutduqları dəyərləri xatırlatmağı təmin etməkdir. Siyasətçilərə xas olan siyasi üslubun, sosial mediaya xas olan nifrət üslubunun ortadan qalxmasını təmin etmək üçün səy göstərmək lazımdır. Yoxsa bir qisim insanlar insanlıq anlayışını daha çox unutmağa başlayacaq, daha da laqeyd olacaq, daha çox soyuqqanlılığa doğru sürüklənəcəklər. Bunun qarşısını almaq əlimizdədir. İnsanların ələnib yox edilməli olduğunu müdafiə edən materialist ideologiya onsuz da kifayət qədər ziyan vurub. Hər bir insanın Allah tərəfindən yaradılan varlıqlar olduğu və bütün insanların sevgi əsası üzərində yaradıldığından daha çox bəhs edilməlidir. Dünyanı daha çox nifrətə və insafsızların əlinə təslim etməməliyik.

http://www.arabnews.com/columns/news/864801

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma