DAŞ DÖVRÜ HAQQINDA BİLMƏDİKLƏRİNİZ


das dovru.002İnsanların 700 min il bundan əvvəl çox mahir inşa edilmiş gəmilərlə okean səyahətinə çıxdıqlarını bilirdinizmi? Və yaxud bizə ibtidai mağara adamları kimi təqdim edilən insanların, əslində, dövrümüzün rəssamlarından heç də geri qalmayan istedada və estetik zövqə malik olduqlarını eşitmisinizmi? 80 min il əvvəl yaşamış və bizə təkamülçülərin “meymun adam” adı ilə göstərmək istədikləri Neandertal irqinə aid olan insanların musiqi alətləri düzəltdiyini, geyim zövqünə sahib olduğunu, qızmar qumlarda müəyyən ölçü ilə biçilmiş səndəllərdə gəzdiyini bilirdinizmi?

Böyük ehtimalla bunların heç birini daha əvvəl eşitməmisiniz. Əksinə, bu insanların yarı meymun yarı insan, danışmaq qabiliyyəti məhdud olan, dik dayana bilməyən, sadəcə xırıltılı səslər çıxaran vəhşi mağara adamları olduğu barədə yanlış təsəvvürə malik ola bilərsiniz. Çünki bu böyük yalan, təqribən 150 ildir ki, dünyanın dörd tərəfində insanlara təlqin edilir. Bu cür təlqinin məqsədi isə materialist fəlsəfəni yaşatmaqdır.

Materialist fəlsəfə, yəni maddəni əsas götürən fəlsəfə Yaradıcının varlığını inkar edir. Bizi həqiqətlərdən yayındıran bu fikrə əsasən, kainat və maddə əzəlidir, yəni bir başlanğıcı, bilavasitə Yaradıcısı yoxdur. Bu uydurma inancın uydurma elmi əsası isə təkamül nəzəriyyəsidir. Belə ki, materialistlər kainatın bir yaradıcısının olmadığını iddia etdikləri üçün kainatdakı canlı aləmin və nizamın necə yarandığını özlərinə uyğun tərzdə izah etməlidirlər. Təkamül nəzəriyyəsi bu məqsədlə istifadə edilən bir ssenaridir. Bu ssenariyə görə, kainatdakı bütün nizam və canlı aləm təsadüflər nəticəsində öz-özünə əmələ gəlmişdir. İbtidai şərtlərdə dünya atmosferində mövcud olan bəzi cansız maddələr təsadüfən birləşərək ilk canlı orqanizmi əmələ gətirmişdir. Milyonlarla il davam edən təsadüflər nəticəsində isə həmin canlı orqanizmlər təkamülə məruz qalaraq təkamül zəncirinin ən son bəndi olan insanı meydana gəlmişdir. Hər biri imkansız olan milyonlarla mərhələnin nəhayətində meydana gəlməsi iddia edilən insanlığın tarixi də yenə bu ssenariyə uyğun olaraq uydurulmuşdur.

Heç bir elmi dəlili olmayan bu izaha görə bəşər tarixi belədir: necə ki, canlı aləm ibtidai bir orqanizmdən ən mürəkkəb orqanizm olan insana qədər inkişaf etmişsə, bəşər tarixi də ibtidai insan icmalarından ən inkişaf etmiş insan cəmiyyətinə doğru inkişaf etmiş olmalı idi. Bu, elmi əsası olmayan bir fərziyyədir. Və bu fərziyyə materialist fəlsəfənin və təkamül nəzəriyyəsinin iddialarına əsasən hazırlanmış bəşər tarixinin özülünü təşkil edir.

Təkamülçü alimlər bir hüceyrəlidən çox hüceyrəliyə və ondan sonra meymundan insana doğru davam edən guya təkamül prosesini izah edə bilmək üçün tarixin gedişini də uydurmuşlar. Bunun üçün ibtidai insanın həyat tərzini açıqlayan “mağara dövrü”, “daş dövrü” kimi saxta dövrlər uydurmuşlar. “İnsanlar meymunlarla eyni kökdən törəmişlər” yalanını müdafiə edən təkamülçülər bu iddialarını özlərinə uyğun tərzdə sübut etmək üçün araşdırmalar aparmağa başlamış və arxeoloji qazıntılar zamanı tapdıqları hər daşı və ya ox parçasını və ya bir gil qabı bu istiqamətdə şərh etmişlər. Halbuki, qaranlıq bir mağarada dərilərə bürünərək oturan, danışıq qabiliyyəti olmayan yarı insan yarı meymun canlılar sadəcə bir təxəyyül məhsuludur. İbtidai insan heç vaxt olmamış, daş dövrü heç vaxt yaşanmamışdır. Bunlar təkamülçülərin bəzi kütləvi informasiya vasitələrinin də köməkliyi ilə formalaşdırdıqları gözbağlayıcıdan başqa bir şey deyil.

Bunlar gözbağlayıcıdır, belə ki, biologiya, paleontologiya, mikrobiologiya, genetika kimi elm sahələri başda olmaqla, ümumi elm aləmində baş verən nailiyyətlər bu gün təkamül iddiasını tamamilə darmadağın etmişdir. Canlı növlərin bir-birilərinə çevrilərək təkamülə məruz qalması iddiasının əsassız olduğu aydın olmuşdur. Eyni qaydada insan da meymunabənzər canlılardan təkamül nəticəsində meydana gəlməmişdir. İnsan var olduğu gündən bu yana insandır. Var olduğu gündən bu yana yüksək mədəniyyətə malikdir. Bu, o deməkdir ki, tarixin təkamülü də heç vaxt baş verməmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma