Bədiüzzamanın Sözlərini Anlamaq Üçün Risalələr Kifayətdir

Bədiüzzaman Səid Nursinin axır zamanda Hz. Mehdinin zühuru və İslam əxlaqının dünya hakimiyyəti haqqında verdiyi izahlar bütün müsəlmanlara yol göstərən məlumatlardır. Ancaq unudulmamalıdır ki, Bədiüzzamanın dediklərinin mənası çox aydındır, bunları anlamaq üçün yenidən təfsir etməyə ehtiyac yoxdur. Sözlərin mənalarını dəyişmək çox yanlışdır. Bədiüzzaman, əsərlərində bu mövzunun əhəmiyyətini bir neçə dəfə vurğulayıb və sözlərinin təfsirə ehtiyacı olmadığını, ehtiyac olsa mətinlər üzərində əlavə izahlar verilməsinin düzgün olduğunu bildirmişdir. Hətta əgər belə bir təfsir edilsə bundan sui-istifadə edilə biləcəyini və bu yolla risalələrdə bəhs edilən həqiqətlərin əsil mənasından uzaqlaşıb dəyişə biləcəyini xatırlatmışdır. (Emirdağ Lâhikası Elyazma, sf. 661) Oxumağa davam et