Bədiüzzamanın Sözlərini Anlamaq Üçün Risalələr Kifayətdir


Bədiüzzaman Səid Nursinin axır zamanda Hz. Mehdinin zühuru və İslam əxlaqının dünya hakimiyyəti haqqında verdiyi izahlar bütün müsəlmanlara yol göstərən məlumatlardır. Ancaq unudulmamalıdır ki, Bədiüzzamanın dediklərinin mənası çox aydındır, bunları anlamaq üçün yenidən təfsir etməyə ehtiyac yoxdur. Sözlərin mənalarını dəyişmək çox yanlışdır. Bədiüzzaman, əsərlərində bu mövzunun əhəmiyyətini bir neçə dəfə vurğulayıb və sözlərinin təfsirə ehtiyacı olmadığını, ehtiyac olsa mətinlər üzərində əlavə izahlar verilməsinin düzgün olduğunu bildirmişdir. Hətta əgər belə bir təfsir edilsə bundan sui-istifadə edilə biləcəyini və bu yolla risalələrdə bəhs edilən həqiqətlərin əsil mənasından uzaqlaşıb dəyişə biləcəyini xatırlatmışdır. (Emirdağ Lâhikası Elyazma, sf. 661)

Beləliklə, Bədiüzzamanın hər sözü buna əsasən qiymətləndirilməli, bəhs etdiyi mövzuların izahı yenə də risalələrdəki hikmətli sözlərdə axtarılmalıdır. Bədiüzzamanın sözlərinə bəzi yazıçıların izahları ilə cavab verilməsi, yaxud bəzilərinin “risalələrdə bu mövzunun əsli yoxdur, gəlin biz sizə başa salaq” deməsi düzgün deyildir.

Bədiüzzamanın sözləri çox açıqdır. Bədiüzzamanın hər sözündə böyük hikmət var. Hər kəlməsində həqiqət olan bu risalələr Bədiüzzamanın vəfatından öncə nəşr edilmiş, əsərlərdəki hər sözü Bədiüzzaman özü təsdiq edib düzəltmişdir. Hər hansı bir mövzunu anlamaq üçün Bədiüzzamanın bütün bu sözlərindən istifadə edərək orijinal qaynaqlara müraciət etməkdənsə “gəlin bunları yazıçıların fikirləri ilə başa düşün” “risalələrin yerinə yazıçıların yazılarından faydalanın” demək çox səhv düşüncə tərzidir.

Bundan əlavə, Bədiüzzamanın sözlərinin doğruluğunu araşdırmaq da olar. Bədiüzzaman əsərlərində seyid olmadığını və bunun da, Mehdi olmadığına bir dəlil olduğunu bildirmişdir. Bədiüzzamanın bütün bu sözlərinə baxmayaraq, onun əslində seyid olduğunu, amma müxtəlif səbəblərə görə bunu gizlətdiyini demək çox yanlışdır. Bu mövzunu araşdırmaq heç də çətin deyildir. Bediüzzaman Bitlisin Hizan rayonunun İsparit qəsəbəsinin Nurs kəndində anadan olub. Bədiüzzaman əsərlərində bütün ailəsinin kürd olduğunu dəfələrlə qeyd etmişdir. Bütün ailəsi kürd olduğu halda təkcə Bədiüzzamanın seyid olmağı mümkün deyil.

Bundan əlavə, əgər bu mövzunu sübut edən hər hansı bir sənəd varsa bu dəlillər ortaya çıxarılmalıdır. Əgər Bədiüzzamanın sözlərinə və risalələrdə verilən məlumatlara inanılmırsa bu, Bədiüzzaman kimi yaşadığı əsrin mücəddidi olan böyük İslam alimini “yalan danışmaqda ittiham etmək” mənasını verər. Bu da böyük böhtan olar. Buna görə də, Bədiüzzamanın seyid olduğu halda bu həqiqəti inkar etdiyini deyənlər sənədlərlə bu iddialarını sübut etməlidirlər.

Bədiüzzaman risalələrdə Peyğəmbərimizin (s.ə.v.) hədisini xatırladaraq seyid olan birinin öz seyidliyini gizlətməsinin qeyri-mümkün olduğunu bu sözləri ilə ifadə etmişdir:

“Seyid olmadığı halda “seyidəm” və seyid olduğu halda “seyid deyiləm” deyənlər, ikisi də günahkar olduğu kimi… hədis və Quranda bu qadağan edilmişdir.” (Muhakemat, s. 52)

Bədiüzzaman Səid Nursinin səmimiliyi onun ən üstün xüsusiyyətlərindən biridir. Bədiüzzaman kimi Allahdan çox qorxan insanın seyid olduğu halda bunu rədd etdiyini demək heç də düzgün deyil. Bədiüzzaman məhkəmələrdə yalan danışmamağı və səmimiliyi ilə tanınır. İstiqlal məhkəmələrində belə, bu xüsusiyyətindən əl çəkməmiş, həmişə düz danışmışdır. Düz danışdığı üçün qarşılaşa biləcəyi heç bir çətinlikdən qorxmadığını bu sözlərlə ifadə etmişdir: “Başım bədənimdən ayrılmadıqca və ya boynuma ip bağlanıb asılmadıqca bu təklifinizi mənə qəbul etdirə bilməzsiniz” (Bədiüzzaman və Tələbələrinin Məhkəmə Müdafiələri, s. 379)

Bundan əlavə Bədiüzzamanın məhkəmədə seyidliyini rədd etməyi üçün heç bir səbəb yoxdur. Belə ki, bir insanın sadəcə seyid olmağı onun Hz. Mehdi olduğuna dəlalət etmir. Bir insanın Hz. Mehdi olduğunu deyə bilmək üçün bu şəxsin Peyğəmbərimizin (s.ə.v.) hədislərində və Bədiüzzamanın izahlarında bəhs etdikləri “üç böyük vəzifəni” yerinə yetirməsi vacibdir. Bu vəzifələr İslam birliyini təsis etmək, bu birlik nəticəsində xristian dünyası ilə ittifaq qurmaq, İslam əxlaqını bütün dünyaya hakim etmək və Hz. İsa ilə görüşməkdir. Bir insanda bu xüsusiyyətlər təzahür etməsə, o şəxs sadəcə seyid olsa bu onun Hz. Mehdi olduğunu göstərməz.

Bura qədər izah edilənlər Bədiüzzamanın ifadə etdiyi bəzi həqiqətləri heç bir dəlil olmadan “şərh etmək, təfsir etmək” adı altında ört basdır etməyə çalışmağın nə qədər  yanlış olduğunu göstərir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma