Təlaşlanmaq Şeytanın Hiyləsidir


İman gətirməyən insanlar şeytanın təsiri ilə bir çox yanlış məlumatı öyrənir və həyata keçirirlər. Bu məlumatların təsiri ilə özlərinə zərər versələr də, bunları özlərinə aid bir xüsusiyyət zənn etdikləri üçün dəyişdirmək istəmirlər. Məsələn, təlaşlanmaq onlar üçün bir xüsusiyyətidir. Belə ki, bu xüsusiyyətlərini qəbul etdikləri üçün gün ərzində müxtəlif qorxu və narahatlıqlar yaşayırlar. Hətta gözləmədikləri hadisə ilə qarşılaşdıqda həddindən artıq təlaşlanar, necə davranacaqlarını bilə bilməzlər. Bunu o qədər qəbul edirlər ki, ruhən özlərinə etdikləri təzyiqin bədənlərinə bir çox mənfi təsiri olur. Təlaşlanma nəticəsində başları ağrıyır, tərləyir, nəfəsləri daralır, təzyiqləri qalxır, hətta ölümlə nəticələnən infarkt hadisələri də baş verir. İnsan ancaq hər şeyin Allah tərəfindən yaradıldığını bilərək rahat yaşaya bilər. Allahın hər şeyi xeyirlə yaratdığını və qədərdə hər şeyin artıq olub-bitdiyini, heç kimin qədəri dəyişdirməyə gücünün çatmayacağını, təlaşlanmanın da fayda deyil, ancaq zərər verdiyini bilən möminlər təlaşlı olmaz, Allaha təvəkkül edərlər.
Heç gözləmədikləri bir hadisə ilə qarşılaşsalar da, təlaşlanmazlar. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə hakim olan “bu hadisədə də təlaşlanmaq olmaz?” məntiqinin qədər inancı ilə zidd olduğunu bildikləri üçün yalnız Allahdan qorxar, Allaha yönələrlər. Nəticədə, Allah müsəlmanlara ruhən sevinc, rahatlıq, fiziki sağlamlıq və güc verər. Belə ki, Allah cənnətlə müjdələdiyi iman gətirənlərin üstün olduqlarını, təlaşlanmamağı və qorxmamağı ayələrdə bu şəkildə bildirmişdir:

Həqiqətəndə: “RəbbimizAllahdır!”– deyibsonradüzyoltutankəslərə mələklərnazilolub (deyirlər:) “Qorxmayınvə kə­­dərlənməyin! Sizə vədolunancənnətlə sevinin! (Fussilət surəsi, 30)

Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz  çox yüksəkdə durursunuz!(Ali-İmran surəsi, 139)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma