Həzrəti Muhəmmədin (s.ə.v) Gənclərə Verdiyi Əhəmiyyət: Quranda Gənclər


Uca Allahın əBusiness  people discuss an idea in front of the computern dəyərli nemətlərindən biri olan gənclik insanın Allahın rizasını qazanmaq və Quran əxlaqına xidmət etmək üçün ən faydalı dövrlərindən biridir. Quran ayələrini və Peyğəmbərimizin (s.ə.v) hədislərini təhlil etdikdə Quran əxlaqının yayılmasında gənclərin böyük rolu olduğunu görürük. Uca Allahın qullarına göndərdiyi son peyğəmbər olan hz. Muhəmməd (s.ə.v) bütün insanları İslam əxlaqı ilə yaşamağa dəvət etmişdir. İlk müsəlmanlar arasında hər yaş dövründən olan insanlar olmuşdur. Lakin bu insanlar arasında gənclər çoxluq təşkil edir. Məkkənin tanınmış ailələrinə mənsub gənclər İslam əxlaqına xüsusi diqqət göstəriblər. İslam əxlaqını yaymaqda hz. Peyğəmbərə (s.ə.v) ən çox dəstək olan və kömək edənlər bu imanlı gənclərdir. Peyğəmbərimizə (s.ə.v) ilk dövrlərdə inanmış müsəlmanlardan bir neçəsi 50 yaşlarında, bəziləri 35 yaşdan yuxarı, digərləri isə 30 yaşdan aşağı idi. Bütün möminlər üçün hikmətli nümunə olan bu gənclərin fəaliyyətlərinə bir çox misal çəkmək olar. Tarixi mənbələrə əsasən:

Peyğəmbərimizin (s.ə.v) ətrafındakı bu gənclərdən

*      Hz. Əli çox kiçik yaşda Rəsulullaha tabe olmuş, qələbələrinin çoxunu da 20-30 yaşları arasında qazanmışdır.

*      Gənc yaşlarında Həbəşistana hicrət edən Cəfər ibn Əbu Talibin İslamı müdafiə etmək üçün Həbəşistan hökmdarının, xristian din adamlarının və saray əyan-əşrəfinin hüzurundakı hikmətli nitqi tarixə düşmüşdür.

*      Musab ibn Umeyi 25 yaşında Birinci Əqəbə beyətindən sonra hz. Muhəmməd (s.ə.v) Mədinəyə müəllim göndərmişdir. Onun fəaliyyətləri nəticəsində bir çox mədinəli müsəlman olmuşdur.

*      Hz. Muhəmmədin (s.ə.v) qonşu hökmdarlara və ərəb qəbilələrinə göndərdiyi məktubların çoxunu Zeyd ibn Sabit adlı gənc səhabə yazırdı. Eyni zamanda qonşu ölkələrdən gələn məktubları tərcümə etmək və bunlara cavab yazmaq üçün hz. Muhəmmədin (s.ə.v) əmri ilə ibrani və suryani dillərini öyrənmişdi. Vəhy katiblərindən biri idi. Hz. Muhəmməd vəfat etdikdə Zeyd ibn Sabitin 21 yaşı vardı.

Bundan əlavə, Peyğəmbərimizin (s.ə.v) ətrafındakı bu gənclərin ilk illərdə ərəb yarımadasından kənarda da İslam əxlaqının tanınmasına mühüm töhfələri olmuşdur.

Hz. Muhəmməd (s.ə.v) gənclərə böyük əhəmiyyət vermiş, vəhy katiblərini əsasən gənclərdən seçmişdir. Gənclərdən müəllimlər təyin etmişdir. Gəncləri əksəriyyəti yaşlı səhabələrdən ibarət ordulara sərkərdə təyin etmişdir. Bir çox müharibədə bayrağı şəxsən özü gənclərə vermişdir.

Hz. Musa və Əshabi-Kəhf

Firon və bütpərəst qövmü ilə nümunəvi mübarizə aparan hz. Musa qövmünü din əxlaqına dəvət etmişdir. Bu dəvəti nəticəsində iman gətirən və hz. Musanın köməkçiləri olan insanların da gənclər olduğu Quranda belə bildirilir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı gənc nəsil iman gətirdi… (Yunus surəsi, 83)

Bir zaman Musa öz gənc xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər (səfərimə) davam edəcəyəm”.

Əshabi-Kəhf isə Quranın “Kəhf” surəsində bildirilən iman gətirən bir qrup gəncdir. “Kəhf” surəsi Peyğəmbərimizin (s.ə.v) və bir çox İslam aliminin müxtəlif cəhətləri ilə diqqət çəkdiyi surədir. Kəhf və Rəqim əhlindən bəhs edilən “Kəhf” surəsində axırzamana (hədislərdə xəbər verilən, qiyamətdən əvvəlki dövr)  işarə edən bir çox ifadə var. Bu ayələrdən bəziləri belədir:

Yoxsa əshabi-kəhfin və Rəqimin ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? O zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər” – demişdilər. (Kəhf surəsi, 9-10)

Bu ayələrdə axırzamanda gənclərin üzərinə böyük məsuliyyət düşdüyünə, batil sistemlərlə ideoloji mübarizə aparılmasında, din əxlaqının təbliğ edilməsində və zülmün aradan qaldırılmasında gənclərin mühüm vəzifəsinin olduğuna işarə edilə bilər (doğrusunu Allah bilir).

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) hədislərində axırzamanda möminlərin başına rəhbər keçəcək mübarək şəxs olan hz. Mehdini müjdələmişdir. Axırzamanda Allahın zülm və fitnə-fəsadla dolu dünyanı ədalətlə doldurmaq və İslam əxlaqını yer üzünə hakim etmək üçün göndərdiyi hz. Mehdinin köməkçilərinin də gənc olduğu bir rəvayətdə xəbər verilmişdir:

Hükeym ibn Sad belə demişdir: İmam Əmirülmuminin Əlinin (ə.s) belə buyurduğunu eşitdim:

“Mehdi əleyhissəlamın əshabı gəncdir və aralarında yaşlı yoxdur; ancaq gözdəki sürmə və ya yeməkdəki duz qədərdirlər. Yeməkdəki ən az şey də duzdur.”

Gənclər yer üzündə gözəl əxlaqın yayılması, müharibələrə, zülmə, müsəlmanların əziyyətinə son qoyulması üçün özlərini məsul hiss etməli və yaxşılığı əmr edib pislikdən çəkindirmək vəzifəsini boyunlarına götürməlidirlər. Zülm və ədalətsizliyin əsasını təşkil edən batil fəlsəfi sistemlərlə ideoloji mübarizə aparmalı, özlərindən əvvəlki əməlisaleh möminlərin həyatını nümunə götürməlidirlər. Beləliklə, mömin gənclər bu cəhdləri ilə dünyanı aydın gələcəyə aparacaqlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma