Biomimetika Nədir?


İstər Biomimetika, istərsə də biomimikri təbiətdəki modelləri araşdıran, sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsəd qoyan yeni elm sahələridir.

Biomimetika, insanların təbiətdə olan sistemləri təqlid edərək düzəltdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin hamısını ifadə edən bir termindir. Təbiətdəki dizaynları nümunə götürülərək düzəldilən alətlərə, xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat kimi sahələrdə istifadə üçün ehtiyac duyulur.

Biomimetika ilk dəfə montanalı bir yazar və elm tədqiqatçısı olan Janine M. Benyus tərəfindən ortaya atılmış bir anlayışdır. Azərbaycanca mənası “biotəqlid” olan bu anlayışını daha sonra bir çoxları şərh etmiş və tətbiq etməyə başlanmışdır. Biomimikri haqqında söylənilən şərhlərdən biri belədir:

Biomimikrinin əsas təması təbiətdən model, ölçü və ağıl olaraq öyrənəcək çox şeyimiz olduğudur. Bu tədqiqatçıların ortaq nöqtəsi təbiətdəki dizayna hörmət göstərmələri və insanların qarşılaşdıqları problemlərin həllində bunları istifadə edərək ilham almalarıdır. (2)

Məhsul keyfiyyətini və səmərəsini artırmada təbiətdən faydalanan şirkətlərdən biri olan Interfacenin məhsul stratejisti David Oakley də biotəqlid mövzusunda bunları söyləyir :

“Təbiət mənim iş və dizayn mövzularında ağıl müəllimim, həyat tərzim üçün bir modeldir. Təbiətin sistemi milyonlarla ildir ki, çalışır… Biotəqlid, təbiətdən öyrənmənin bir yoludur.” (3)

kus

Necə ki, elm adamları sürətlə yayılan bu fikri mənimsəmiş, önlərindəki unikal və qüsursuz modelləri nümunə götürərək işlərinə sürət qazandırmışlar. Xüsusilə, sənaye sahəsində təbiətdəki kimi uyğun xammallar və iqtisadi sistemlər inkişaf etdirməyi məqsəd qoyan elm adamları və tədqiqatçılar, indi əl birliyiylə təbiəti necə təqlid edəcəklərinin yollarını araşdırırlar.

Təbiətdəki dizaynlar ən az vəsait və enerji ilə ən çox səmərə almaları, özlərini bərpa etmə xüsusiyyətləri, geri-çevrilməli və təbiət dostu olmaları, səssiz işləri, estetik, dözümlü və uzun ömürlü olmaları baxımından texnologiya işlərinə nümunə təşkil edirlər. High Country News adlı bir qəzetdə biomimetik elmi bir hərəkət olaraq təyin olunmuş və belə bir şərh edilmişdir :

Təbii sistemləri model alaraq, bu gün istifadə etdiyimizdə daha davamlı texnologiyalar əldə edə bilərsiniz. (4)

Biomimicry adlı kitabın yazıçısı Janine M. Benyus isə təbiətdə gördüyü mükəmməlliklər üzərində düşünərək, təbiətdəki modellərin təqlid edilməsi lazım olduğuna inanmışdır. Onu belə bir yanaşmanı müdafiə etməyə sövq edən nümunələrdən bəziləri bunlardır:

-Arı quşlarının 10 qramdan daha az bir yanacaqla Meksika körfəzini keçə bilmələri,
-Dragonflies ən yaxşı vertolyotların belə daha yaxşı manevr edə bilmələri,
-Termit qüllələrinə olan iqlimləndirmə və havalandırma sistemlərinin, təchizat və enerji sərfi baxımından insanların etdiklərindən daha üstün olmaları,
-Yarasanın çox sürətli ötürücüsünün, insanların etdiyi radarlarda daha məhsuldar və həssas çalışması,
-İşıq saçan dəniz yosunlarının bədən fənərlərini işıqlandırmaq üçün müxtəlif kimyəvi elementləri bir yerə gətirmələri,
-Qütb balıqları və qurbağaların donduqdan sonra yenidən həyata dönmələri və orqanlarının buza görə ziyana uğramaması,
-Buqələmunun və mürəkkəb balığının, olduqları şəraitlə tam bir uyğunlaşma içində olacaqları şəkildə dərilərinin rənglərini, naxışlarını dərhal dəyişdirmələri,
-Arıların tısbağaların və quşların xəritələri olmadan uzun məsafəli səfərlər edə bilmələri,
-Balinaların və pinqvinlərin oksigen balonu istifadə etmədən dalmaları,
-DNT lentinin məlumat yığma tutumu,
-Yarpaqların fotosintez əməliyyatı ilə ildə 300 milyard ton şəkər istehsalı edərək dünyanın ən böyük kimyəvi əməliyyatını reallaşdırması…

balina

Yuxarıda yalnız bir neçə nümunəsinə yer verdiyimiz təbiətdəki heyranlıq oyandıran bu kimi mexanizm və dizaynlar texnologiyanın bir çox sahəsini zənginləşdirmə potensialına malikdir. Məlumat ehtiyatımızın artması və texnologiya imkanlarının inkişafı ilə birlikdə bu potensial hər keçən gün daha da ortaya çıxır.

Məsələn, XIX əsrdə təbiətin təqlidi yalnız estetik baxımdan tətbiq sahəsinə sahib idi. Dövrün rəssam və memarları təbiətdəki gözəlliklərdən təsirləndikləri əsərlərində bu strukturların xarici görünüşlərini nümunə götürmüşdülər. Amma təbiətdəki dizaynların fövqəladəliyini və bunların təqlidinin insanlar üçün faydalı olacağının başa düşülməsi ancaq təbii mexanizmlərin molekulyar səviyyədə araşdırılmasıyla başlamışdır. Çünki təbiətdəki qüsursuz nizam, təfərrüata girdikcə daha da təəccüblü bir ölçü qazanır.

Biomimetika ilə ortaya çıxan material və alətlər gələcəkdə də istifadə ediləcək quruluşdadır: Yeni günəşlə bağlı hüceyrələr, inkişaf etmiş robotlar və kosmos gəmilərinin vəsaitləri kimi… Bu baxımdan təbiətdəki dizaynlar çox irəli bir texnologiyaya üfüq açır.

Biomimetika Həyatımızı Hansı Istiqamətdə Dəyişdirəcək ?

biyomimetri

Təbiətdəki mükəmməl dizaynlar Rəbbimizin bizə verdiyi çox böyük nemətlərdir. Bu dizaynları təqlid etmək və nümunə götürmək insan övladını davamlı olaraq yaxşıya doğru yönəldəcək bir inqilabdır. Çox təəssüf ki, elm dünyası təbiətdəki dizaynların çox böyük qaynaq olduğunun və gündəlik həyata keçirilməsi lazım olduğunun ancaq son bir neçə il ərzində fərqinə varmışdır.

Elm nüfuzu olaraq qəbul edilən bir çox nəşr orqanı da təbiətdəki üstün strukturların ehtiva dizaynların insanlara yol göstərməsi baxımından çox böyük bir qaynaq olduğunu qəbul edir. Məsələn, Nature jurnalı bu həqiqəti belə ifadə edir:

Təbiətdəki mexanizmlər üzərində aparılan işlər göstərir ki, fildən zülala qədər bir çox quruluş, dizaynerlər və mühəndislər üçün zəngin bir fikir hovuzu meydana gətirir. Üstəlik, bu hovuzun dərinliyi artırma potensialı də çox yüksəkdir. (5)

Şübhəsiz ki, bu qaynağı doğru istiqamətdə istifadə etmək və texnologiyaya keçirmək insan övladını çox sürətli inkişaf prosesinə daxil edəcəkdir. Biomimetika sahəsində mütəxəssis kimi göstərilən Janine M. Benyus da təbiəti təqlid etdiyimiz təqdirdə yemək və enerji istehsalı, informasiya saxlama, səhiyyə kimi bir çox sahədə özümüzü rahatlıqla təkminləşdirə biləcəyimizi ifadə etmişdir. Janine Benyus yarpaqlardan ilhamlanaraq və Günəş sistemi ilə çalışan mexanizmləri, hüceyrələr kimi siqnal verən kompüterlərin istehsalını, incini təqlid etməklə qırılmağa dözümlü keramikaları bu inkişafa nümunə vermək olar. (6)

Göründüyü kimi, biomimetika inqilabı gündəlik həyatımıza və yaşayışımıza dərindən təsir edəcək, insanların daha rahat və komfortlu yaşamasını təmin edəcək.

Bu gün görürük ki, inkişaf edən texnologiya yaradılış möcüzələrini bir-bir kəşf edir və “biomimetika” elmində olduğu kimi canlılardakı möhtəşəm dizaynları nümunə götürərək insanlığa xidmət edir. Bu mövzuların qələmə alındığı bir çox elmi məqalədən bir neçəsinin başlıqlarını belə sıralaya bilərik:

◉ Həyatın möhtəşəm dizaynlarında nümunə almaq (7)

◉ Biomimetika daha yaxşı bir dünya vəd edir (8)

◉ Elm təbiəti təqlid edir (9)

◉ Təbiətdəki dizaynlardan öyrənmək (10)

◉ Həyatın dizayndakı dərsləri (11)

◉ Biomimetika: gözümüzün qarşısında gizlənən sirrlər (12)

◉ Biomimetika: Təbiətin ilham verdiyi ixtiralar (13)

◉ Biomimetika: Bizi əhatə edən üstün qabiliyyətlər (14)

◉ Biomimetika: Təbiətdən yaxşı dizaynlar əldə etmək (15)

◉ Biomimetika: Təbiətdəki dizaynlardan alətlər yaratmaq (16)

◉ Mühəndislər dizayn üçün təbiətdən nümunə alırlar (17)

Bu məqalələr oxunduqda da görünür ki, elmi araşdırmaların nəticələri Allahın varlığının dəlillərini təkrar-təkrar göstərir.


2 http://www. biomimicry. org/reviews_text. html

3 http://www.bfi.org/trimtab/spring01/TrimtabSpring01.pdf

4 http://www. biomimicry. org/reviews_text. html; Michelle Nijhuis, Hidgh Country News, July 06, 1998, Vol.30, No.13

5 Nature. 18 0cak 2001

6 http://www. biomimicry. org/faq. html

7 http://www. jehovantodistajat. fi/library/g/2000/1/22/article_01. htm

8 http://www. jehovantodistajat. fi/library/g/2000/1/22/article_01. htm)

9 Bilim ve Teknik Dergisi, Ağustos 1994, s.43

10 http://www. watchtower. org/library/g/2000/1/22/article_02. htm

11 http://www. nature. com/cgi-taf/DynaPage. taf?file=/nature/journal/v409/n6818/full/409413a0_fs. html&_UserReference=C0A804EF46B465AFF2C953AE40623B641423

12 http://www. natlogic. com/resorces/nbl/v06/n22. html

13 http://www. biomimicry. org/reviews_text. html

14 http://www. biomimicry. org/reviews_text. html

15 http://www. rdg. ac. uk/AcaDepts/cb/96vincent. html

16 http://www. the-scientist. com/yr1991/july/research_910708. html

17 NewYork Tımes,11 Aralık 2001

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma