Dərin Düşünmək

Səhər oyandıqda etdiyiniz işləri bir anlıq fikrinizdən keçirin. Gözünüzü açır, nəfəs alır, yerinizdə çevrilir, qalxır və yeriyir, yemək yeyir, paltarınızı dəyişirsiniz. Ananızla və ya qardaşınızla, bacınızla danışırsınız, sizə dediklərini eşidirsiniz. Sonra bayıra çıxır və ya pəncərədən bayıra baxır və mavi səmanı görürsünüz. Bəlkə o an pəncərənin qarşısından uçan quşların səslərini eşidir, yerə düşən yarpağı seyr edərkən ağacdakı yetişmiş almaları görürsünüz. Günəşin istiliyini, eləcə də küləyi üzünüzdə hiss edirsiniz. Küçədə yeriyən, avtomobilləri ilə gedəcəkləri yerə çatmağa çalışan insanlar var. Qısaca desək, sizin üçün adi bir gün başlamışdır. Gördüyünüz, eşitdiyiniz şeylərə adət etmisiniz; ona görə onların üzərində düşünməyi belə lazım bilmirsiniz. Oxumağa davam et

Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi

Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, bud sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilər. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə ağır yük düşür. Hətta dirəklə hündürlüyə tullanan bir idmançı yerə enərkən bud sümüyünün hər sm2-i 1400 kq-lıq təzyiqə məruz qalır.

Sümüklərdəki nizamın mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və yararlı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. Oxumağa davam et