Hər Hadisənin Quran Əxlaqına Uyğun Şəkildə Qiymətləndirilməsi

Möminin həyatının məqsədi Allaha qulluq etməkdən başqa bir şey deyil. İnsan öz ehtiraslarına görə yaşamaq, ehtiraslarının arxasında qaçmaq ya da başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.

Allaha qulluğun yolu isə insanın Quranı özünə rəhbər etməsidir. Mömin üçün əsas məqsəd var gücüylə Quranın hər hökmünə uyğun şəkildə yaşamaqdır.

Qurana baxdığımızda isə möminin yalnız namaz, oruc, həcc kimi möhkəm ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük. Məsələn bir ayədə “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl şəkildəcadilə et…” (Nəhl Surəsi, 125) əmri verilir. Oxumağa davam et

İslam Əxlaqının Xoşgörüşü, Ədaləti və Mərhəməti

Qubbət-üs Səhra

Hz. Muhəmmədin (səv) vəfatından sonra İslamın yayılması surətlənmişdi. İslam, bir neçə on il ərzində bütün Mezopotamiyaya, Şimali Afrikaya yayıldı. Qərbdə İspaniyaya, Şərqdə isə Hindistana qədər irəliləmişdi.

Bir neçə on il əvvəl Ərəbistan çöllərində heyvandarlıqla məşğul olan ərəblər, İslamın onlara qazandırdığı ağıl, mədəniyyət və şüurla böyük imperiyanın idarəçilərinə çevrilmişdilər. Bu, tarixdə misli görülməmiş yüksəliş idi. 100 il ərzində İslam İmperiyası çox böyük əraziyə yayıldı və çox güclü administrasiyaya sahib oldu.

Bu geniş ərazilərdə xristian və yəhudilər əsas olmaqla, bir çox fərqli dini icma yaşayırdı. Müsəlmanlar fəth etdikləri torpaqlardakı bütün fərqli inanc sistemlərinə böyük hörmətlə yanaşırdılar. Rəbbimizin, “Dində məcburiyyət yoxdur…” (Bəqərə Surəsi, 256) hökmünə əsasən heç kim dininin dəyişdirilməsi üçün məcbur edilmir, hər kəsin vicdan azadlığına hörmət edilirdi. Kilsələr və sinaqoqlar həssaslıqla qorunurdu. Zorla din dəyişdirmənin geniş yayıldığı dövrdə müsəlmanların bu tolerantlığının bənzəri yox idi. Oxumağa davam et