Dualarda səmimi olmaq

Dua Allahın Rəhman və 4-6Rəhim isminin çox üstün təcəllisi, möminlərə böyük lütfüdür. Çünki insan Allaha dua edərək səmimi imanını, sevgisini və qorxusunu ifadə edə bilər. Yeganə dost və vəli kimi Ona təslim olduğunu, yalnız Ondan mədət umup Ondan kömək istədiyini göstərə bilər. Din əxlaqından uzaq cəmiyyətlərdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha üz tutacaqları halda, bunun üçün vaxt müəyyən etmiş və ya araya vasitəçilər qoymuşlar.

Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz”. (Zümər surəsi, 3) Oxumağa davam et

İntihar Etmək Haramdır

img1568163Adnan Oktarın 11 oktyabr 2009-cu il tarixli Kanal 35 və Kral Karadeniz TV müsahibəsindən

ADNAN OKTAR: Bir insan intihar edəcək qədər gücünü itiribsə, bu, onun mənəvi cəhətdən nə qədər çökdüyünü göstərir. İnsan nə olur olsun, cinayət törətməz. Heç bir səbəb insanı cinayət törətməyə təşviq edə bilməz. Özünü öldürməsi də cinayətdir və bu, çox böyük haramdır. Bir hadisə olubsa, evdən çıxarsan, gedib parkda oturarsan. Yarım dilim çörək yeyərsən, bir məscidin həyətində yatarsan, ancaq yenə də insan özünü öldürməz. Çox böyük haramdır. Oxumağa davam et

Allahın Dünya Həyatında İnsanlara Təqdim Etdiyi Ən Böyük Nemət: İman

Hər insan, demək olar ki, hər kəs həyatındakı bir çox gözəlliyin böyük nemət olduğundan xəbərdardır. Gündəlik həyatın qaç-qovu içində bir çox insan çox vaxt bütün bunları bilmirmiş kimi davranmasa belə, bir anlıq da olsa düşündüyündə  və ya bu nemətlərdən məhrum olan bir insan gördüyündə bunların nemət olduğunu dərhal xatırlayır. Sağlamlıq çox insanın bildiyi nemətlərdəndir; zənginlik, rahat həyat, gözəl mənzərə, xoşuna gələn hadisə, sahib olmağı istədiyi ailə, bir anlıq düşündükdə dərk edilən, Allahın insanlara bəxş etdiyi nemətlərdəndir. Amma bütün bunlardan da üstün, Allahın inananlara verdiyi ən böyük nemət imandır. Oxumağa davam et

Münafiqlər

İn­san di­nə ya­xın­la­şar­kən «Bu işin için­də ne­cə bir mən­fə­ət əl­də edə bi­lə­rəm?» ki­mi az­dı­rı­cı mən­tiq­lə de­yil, «Al­la­ha ne­cə iba­dət edə bi­lə­rəm, Ona necə ita­ət edib razılığını qa­za­na bi­lə­rəm?» mən­ti­qi­ni dü­şün­mə­li­dir. Buna zidd olan dav­ra­nış isə sə­mi­miy­yət­siz­lik olar. Qu­ran  bu cür dav­ra­nış­la­rı mə­nim­sə­yən­lə­ri «mü­na­fiq» ola­raq ta­nıt­mış­dır. Bun­lar bir sıra mən­fə­ət­lə­ri naminə din­dar görü­nən, qeyri-sə­mi­mi, iki­üz­lü in­san­lar­dır və Al­la­hın qə­zə­bi­nə ən çox uğ­ra­yan, cə­hən­nə­min ən alt tə­bə­qə­si­nə atı­la­caq olan­lar da on­lar­dır. Qu­ran­da bu in­san­la­rın və­ziy­yə­ti be­lə bil­di­ri­lir:

«On­lar: «Al­la­ha, Pey­ğəm­bə­rə iman gə­tir­dik, ita­ət et­dik!» – de­yər, bun­dan son­ra isə on­lar­dan bir dəs­tə üz çe­vi­rər. Be­lə­lə­ri mö­min de­yil­lər. Ara­la­rın­da hökm et­mək üçün Al­la­hın və Pey­ğəm­bə­rin ya­nı­na ça­ğı­rıl­dıq­da on­lar­dan bir dəs­tə dər­hal üz çe­vi­rər. Əgər haqq on­la­rın tə­rə­fin­də ol­sa, ita­ət edib onun ya­nı­na gə­lər­lər» («Ni­sa» su­rə­si, 47-49).

Gö­rün­dü­yü ki­mi, Oxumağa davam et

Dua

Bir in­sa­nın Al­la­ha iman gə­tir­di­yi­ni gös­tə­rən önəm­li əla­mət­lər­dən bi­ri də dua­dır. Dua edən in­san özü­nün aciz və zə­if qul ol­du­ğu­nu, is­tə­dik­lə­ri­ni özü tək ye­ri­nə ye­ti­rə bil­mə­yə­cə­yi­ni və bun­la­rı ona an­caq Al­la­hın ve­rə bi­lə­cə­yi­ni qə­bul et­miş olur. Dua Al­la­ha qul ol­ma­ğın ən saf, ən tə­miz, ən sə­mi­mi ifa­də­lə­rin­dən­dir. Qu­ran­da da mö­min­lə­rin əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri­nin «ge­cə-gün­düz səbir edə­rək Al­la­ha dua et­mək» ol­du­ğu be­lə xə­bər ve­ri­lir:

«Sə­hər-ax­şam Rəb­bi­nin ri­za­sı­nı di­lə­yə­rək Ona iba­dət edən­lər­lə bir­lik­də özü­nü səbir­li apar. Fa­ni dün­ya­nın bər-bə­zə­yi­ni ar­zu edib nə­zər­lə­ri­ni on­lar­dan çe­vir­mə. Qəl­bi­ni Bi­zi xa­tır­la­maq­dan qa­fil et­di­yi­miz, nəf­si­nin is­tək­lə­ri­nə uyan və işin­də if­ra­ta va­ran bir kim­sə­yə ita­ət et­mə!» («Kəhf» su­rə­si, 28).

An­caq dua­nın nə de­mək ol­du­ğu­nu və ne­cə edil­di­yi­ni yax­şı bil­mək la­zım­dır. Çün­ki Qu­ran­dan kə­nar qay­naq­lar­dan (mə­sə­lən, ata-ana­dan, ət­raf­dan, ənə­nə­lər­dən) öy­rə­ni­lən dua an­la­yı­şı adətən Qu­ran­da bil­di­ri­lən hə­qi­qi dua an­la­yı­şı­na uy­ğun gəl­mir. Bu­na gö­rə də Qu­ran­da bu möv­zu­da ve­ri­lən nöq­te­yi-nə­zə­ri və ruhi halı yax­şı dərk et­mək la­zım­dır.

Oxumağa davam et