Qadınlar əxlaqi degenerasiyanın ortaya qoyduğu bəsitlikdən çəkinməlidirlər

vika_levina_brunette_green-eyed_charm_36284_1920x1080

Zorakılıq, nifrət, münaqişə və mübahisələrin əhatə etdiyi müasir dünyada bütün mənəvi dəyərləri yerlə bir edən əxlaqi çöküş də günü-gündən artır. Böyük degenerasiya ilə birlikdə gözəl əxlaqın və mənəviyyatın tərk edildiyi yanlış cəmiyyət quruluşu getdikcə dünyanın hər tərəfinə hakim olur. Bununla yanaşı narkotik maddə, siqaret və spirtli içkilərin istifadəsi, fahişəlik, homoseksuallıq kimi qeyri-etik bir çox davranış da milyonlarla insanı təsiri altına alıb.

Oxumağa davam et

Quran əxlaqında qadın və kişi bərabərdir

Рисунок1Qadınlar dünyanın ən gözəl varlıqlarındandır. Gözəl əxlaqlı, dərin mənəviyyatlı, mərhəmətli, incə düşüncəli, fədakar qadınlar ruhun şəfasıdır. Bir çox insanla müqayisədə onların ağlı, diqqəti daha kəskin, incəlikləri görmə qabiliyyətləri daha üstündür. Sevib-sevilməyi, şəfqəti, dostluğu, qardaşlığı bir çox insandan daha yaxşı bilirlər. Ata-anaları, qardaş-bacıları, həyat yoldaşları, dostları, uşaqları üçün həmişə hər yerdə çox böyük nemətdirlər.

Ancaq bu qədər dəyərli olmalarına baxmayaraq, çox təəccüblüdür ki, dünyanın hər yerində qadınlar layiqincə qiymətləndirilmirlər. Oxumağa davam et

Axır Zaman Əlamətləri: Qadınlar və Uşaqların da Qətl Ediləcəyi Fitnələrin Yaşanması

Hz. Mehdinin (ə) çıxışından əvvəl yaşanan fitnə mühitində qadınlar, uşaqlar, yaşlılar da qətl ediləcək, zavallı günahsız insanlar öldürüləcək:

Bu hadisədə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə Mədinədən iyirmi dörd mil qədər yayılar. Sonra Hz. Mehdiyə beyət edilər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 34)

Günahsız insanlar öldürülmədən Hz. Mehdi çıxmaz… Oxumağa davam et

Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi

Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insan qrupunun anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət bunun ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti daha var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır.

Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52) Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də “riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.

“Yeddi göy” ifadəsi 7 dəfə keçir. “Göylərin yaradılışı (xəlqi səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.

“Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni“günlər (əyyam və yəvməyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12-dir. Oxumağa davam et

Müsəlman Qadının İdealları Böyükdür

Cahiliyyə əxlaqının insanlara qazandırdığı qadın xarakterinin mühüm xüsusiyyətlərindən biri onların dünyagörüşlərinin, ideallarının, düşüncələrinin və həyat tərzlərinin dar çərçivə ilə məhdudlaşmasıdır. Bu xarakteri mənimsəyən qadınlara cəmiyyət tərəfindən müəyyən vəzifə və məsuliyyətlər yüklənilir. Onlardan gözlənilən əslində yalnız bunları ən gözəl şəkildə yerinə yetirməkdir. Bunlardan başqa fərqli ideallara sahib olmaq, ya da fərqli mövzularda özlərini inkişaf etdirmək üçün ümumiyyətlə qadınlara çox imkan verilmir. Qadınlar ancaq bu vəziyyətin mahiyyətini qavradıqda və həyatlarını daha fərqli və daha böyük ideallar üzərində qurmaq ehtiyacını hiss etdikdə özlərini inkişaf etdirib düşüncələrinin sərhədlərini genişləndirə bilərlər.

Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyət ailəsini, Oxumağa davam et