Allaha Etimad Və Təslimiyyət

İma­nın ən önəm­li gös­tə­ri­ci­lə­rin­dən bi­ri in­sa­nın Al­la­ha olan eti­ba­rı və təs­li­miy­yə­ti­dir. Qu­ran­da «tə­vək­kül» ola­raq təqdim edilən bu xü­su­siy­yət hə­qi­qə­tən də iman gə­ti­rən in­san­la iman gə­tir­mə­yən in­san ara­sın­da­kı ən bö­yük fərq­lər­dən bi­ri­dir.

İn­kar­çı in­san üçün bü­tün dün­ya xa­os­dur. O, özü­nün tə­sa­dü­fən var ol­du­ğu­nu, ət­ra­fın­da­kı dün­ya­nın da tə­sa­düf­lər nə­ti­cə­sin­də ya­ran­dı­ğı­nı zənn edər. Bu və­ziy­yət­də heç bir za­man hə­qi­qi ar­xa­yın­lıq və sa­kit­lik hiss et­məz. Çün­ki hər an ba­şı­na bir şey gə­lə bi­lər və onu üzə­cək ha­di­sə­lər ola bi­lər. Vax­tı­nın önəm­li bir his­sə­si­ni gə­lə­cək­lə bağ­lı hiss et­di­yi hə­yə­can­lar­la ke­çi­rir. Onun xoş­bəxt­li­yi­nə tə­sir gös­tə­rən yüz­lər­cə, min­lər­cə bir-bi­rin­dən ası­lı ol­ma­yan amil var­dır ki, bun­la­rın hər han­sı bi­ri «tə­sa­dü­fən» pis­li­yə uğ­ra­yıb hə­ya­tı­nı məhv edə bi­lər. Mə­sə­lən, sağ­lamlı­ğı­nı iti­rə bi­lər, iş­dən çı­xa­rı­la bi­lər ya da sev­di­yi bir in­san ölə bi­lər. Bü­tün bu sə­bəb­lə­ri müs­tə­qil və nə­za­rət­siz zənn et­di­yindən hər bi­ri üçün ay­rı-ay­rı­lıq­da narahat olar. Bu, yüz­lər­cə müs­tə­qil ami­lin ila­hi­ləş­di­ril­mə­si mə­na­sı­nı ve­rir. Çün­ki bir şey­dən qorx­maq ya da ona gü­vən­mək, Qu­ran­da bil­di­ril­di­yi­nə gö­rə, onu ila­hi­ləş­dir­mək mə­na­sı­nı verir.

Amma mö­min dün­ya­nın sir­ri­ni dərk et­miş­dir. Bu sirr Oxumağa davam et

Kainata Xaos Hakimdir, Yoxsa Nizam?

Materialistlər kainatın sonsuz əvvəldən bəri mövcud olduğunu iddia etməklə yanaşı, kainatda müəyyən məqsəd və nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün nizam, ahəng və uyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğunu irəli sürürlər. Bu fikirlər XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi araşdırmaları istiqamətləndirmişdir.

Məsələn, kainatda müəyyən nizam olmadığını göstərmək məqsədilə “xaos nəzəriyyəsi” adlı bir fərziyyə ortaya atılmışdır. Bu nəzəriyyə vasitəsilə xaosun (qarışıqlığın) içindən öz-özünə nizam əmələ gələcəyi iddia edilmiş və bu iddianı dəstəkləmək üçün saysız-hesabsız elmi çalışmalar edilmişdir. Riyazi hesablamalar, nəzəri fizika çalışmaları, fiziki təcrübələr və kimyəvi araşdırmalar daim “kainatın müəyyən xaosun nəticəsi olduğu necə göstərilə bilər” sualına cavab almaq üçün davam etdirilmişdir.

Əslində isə aparılan hər yeni araşdırma, Oxumağa davam et

Tarixdən Nümunə: Səlahəddin Əyyubinin İslam Birliyi

1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alaraq birləşdirməsi i müsəlmanlar, xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.

Oxumağa davam et

Hz. Mehdinin Çıxış Əlamətlərinin Ardıcıl Meydana Gəlməsi

Hz. Mehdinin (ə) çıxış əlamətlərinin bildirildiyi hədislərdə, bu əlamətlərin “təsbeh dənələrinin” düzülüşü kimi, ardıcıl şəkildə meydana gələcəyi ifadə edilir. Həqiqətən də bu əlamətlər bir-birinin ardınca və Peyğəmbərimizin (s) bildirdiyi şəkildə meydana gəlməkdədir. Hədislərdə ifadə edildiyi kimi dünyanın dörd bir tərəfində xaos və anarxiya artır, ardıcıl şəkildə fitnələr meydana gəlir, qırğınlar və böyük fəlakətlər yaşanır, yoxsulluq və aclıq artır, insanlar böyük çətinliklərlə üzləşirlər. Bütün bu əlamətlərin ardıcıl şəkildə və müəyyən bir dövr ərzində reallaşması, müsəlmanların əsrlərdir zühurunu gözlədikləri mübarək şəxsin gəldiyinin göstəriciləridir.

Oxumağa davam et